Accessibility links

Füruzə Gülaliyeva: Həyat yoldaşım həkimlərin günahı ucbatından komaya düşüb


Oqtay Gülalıyev
Oqtay Gülalıyev

Noyabrın 16-da Bakının Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə hüquq müdafiəçisi Oqtay Gülalıyevin 29 oktyabr 2019-cu ildə avtomobillə vurulması ilə bağlı cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bu günki iclasda Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyevanın ifadələri dinlənilib və oktyabrın 29-da hüquq müdafiəçisinin baş vermiş hadisə yerindən müşahidə kameralarının videokadrlarına baxış keçirilib.

Füruzə Gülalıyevanın ifadələri 1 Saylı Kliniki Tibb Mərkəzdə və "Bakı Siti Hospital"da tibbi personalın hərəkətlərilə bağlı iki epizoda aid olub.

Füruzə Gülalıyevanın fikrincə, onun həyat yoldaşı həkimlərin günahı ucbatından bir ildən artıq davam edən koma vəziyyətinə düşüb.

O hesab edir ki, məhkəmə tibbi personalın, xüsusilə də "Bakı Siti Hospital"ın belə hərəkətinin səbəbini aydınlaşdırmalıdır.

"Məlum olduğu kimi, beyinə qan sızmanın aradan qaldırılması üçün əməliyyat hadisədən 18 saat sonra həyata keçirilib, hərçənd Gülalıyev huşunu itirdikdən sonra 1 saylı Kliniki Tibb Mərkəzdən "Bakı Siti Hospital"a aparılarkən operativ tədbirlər görülməli idi," Gülalıyeva deyib.

Məhkəmədə məlumat verilib ki, prokurorluq həkimlərin məsuliyyət məsələsini ayrıca icraata götürüb.

İclasın gedişində bir nüans diqqətdən kənarda qalmayıb - istintaq Oqtay Gülalıyevin telefonuna gələn və gedən zəngləri müəyyən edib, lakin bu, təqsirləndirilən şəxsin telefonu ilə bağlı edilməyib.

Gülalıyevlərin vəkili Fuad Ağayev təqsirləndirilən Kənan Abdullayevin telefonuna gələn və gedən zənglər barədə mobil operatordan məlumat alınması barədə vəsatət qaldırıb.

Hakim Azər Tağıyev vəsatəti təmin edib və növbəti məhkəmə iclasını dekabrın 4-nə təyin edib.

29 oktyabr 2019-cu ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Oqtay Gülalıyev kəllə-beyin travması alıb və bir neçə saatdan sonra komaya düşüb. İş üzrə təqsirləndirilən şəxs qismində taksi sürücüsü Kənan Abdullayev cəlb edilib. İlkin olaraq ona Azərbaycan Cinayət Məcəlləsinin 263.1-ci maddəsi (yol hərəkəti qaydalarının pozulması, ehtiyatsızlıq səbəbindən zərərçəkmiş şəxsin sağlamlığına zərər vurulmasına səbəb olduqda) üzrə ittiham irəli sürülüb, lakin indi onu 263.1-1-ci maddə ilə ittiham edirlər. Bu, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasını nəzərdə tutur. Birinci maddə üzrə maksimum cəza iki ilədək, ikinci maddə üzrə üç ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreya Ukraynada 300 Şimali Koreya əsgərinin öldüyünü bildirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG