Accessibility links

Oqtay Gülalıyevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib


Oqtay Gülalıyevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib
please wait

No media source currently available

0:00 0:01:58 0:00

Noyabrın 16-da Nəsimi Rayon məhkəməsində hüquq müdafiəçisi Oqtay Gülalıyevin işiylə bağlı növbəti məhkəmə iclası keçirilib. Vəkil Fuad Ağayev məhkəmədə baş verənlər haqqında Amerikanın Səsinə danışıb. Oqtay Gülalıyevin oğlu bildirib ki, hazırda atasının müalicəsi ev şəraitində davam etdirilir. Oğlu deyib ki, vəziyyəti əvvəlkinə nisbətən yaxşı olsa da, tam anlaqlı deyil. Oqtay Gülalıyev 2019-cu ilin oktyabr ayının 29-da Bakıda, piyada keçidinin üzərində avtomobillə vurulub. Fakt üzrə Cinayət Məcəlləsinin 263.1.1ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi qaldırılıb. O.Gülalıyevi vuran avtomobilin sürücü qəzanın ehtiyatsızlıqdan baş verdiyini deyib.

XS
SM
MD
LG