Accessibility links

Oqtay Gülalıyevin müalicə xərclərini qarşılamaq məqsədi ilə marafon keçirilir


Oqtay Gülalıyevin müalicə xərclərini qarşılamaq məqsədi ilə marafon keçirilir
please wait

No media source currently available

0:00 0:02:42 0:00

Oqtay Gülalıyevin müalicə xərclərini qarşılamaq məqsədi ilə marafon keçirilir

Marafonun təşəbbüsçülərindən Rüfət Səfərovun Amerikanın Səsinə müsahibəsi

“Bizim borcumuzdur ki, Oqtay Gülalıyevin səhəti bərpa olunanadək əlimizdən gələn mümkün köməklikləri edək. Belə bir şəraitdə siyasi partiyalara, ictimai-siyasi liderlərə, ictimaiyyətə müraciət etdik ki, minimum imkanlarımızı bütünləşdirək Oqtay bəyin müalicəsinə, ailəsinə köməklik edək”.

Bu barədə dekabrın 13-də hüquq müdafiəçisi Oqtay Gülülıyevin müalicəsinə kömək məqsədi ilə Müsavat Partiyasının qərargahında keçirilən marafonun təşəbbüsçülərindən, keçmiş siyasi məhbus Rüfət Səfərov Amerikanın Səsinə müsahibəsində deyib.

Oqtay Gülalıyevin müalicə xərclərini qarşılamaq üçün marafon keçirilir
please wait

No media source currently available

0:00 0:02:00 0:00

Onun sözlərinə görə marafona çoxsaylı insanlar, o cümlədən ictimai-siyasi xadimlər, partiya liderləri, hüquqşünaslar, jurnalistlər, hüquq müdafiəçiləri qatılıb.

“Hazırki anadək minlərlə manat vəsait toplanıb. Günün sonunda marafonun yekunları ilə bağlı məlumat yayacağıq,” o qeyd edib.

Səfərov hüquq müdafiəçisinin müalicəsinə kömək məqsədi ilə marafonun bundan sonra da davam etdiriləcəyini deyib.

Oqtay Gülalıyevin müalicə xərclərini qarşılamaq üçün marafon keçirilir
Oqtay Gülalıyevin müalicə xərclərini qarşılamaq üçün marafon keçirilir

“Oqtay Gülalıyev Azərbaycanda onsuz da məhv edilmiş hüquq-müdafiə sisteminin azsaylı nümayəndələrindən biridir. Gülalıyev dönməz və prinsipal hüquq müdafiəçisi kimi fərqlənən bir xadimdir,” o qeyd edib.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev oktyabrın 29-da avtomobil vurduqdan sonra ağır kəllə-beyin travması alıb və komaya düşüb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar.

Oktyabrın 30-da o, beyindən gematomanın çıxarılması üzrə əməliyyat olunub.

Noyabrın 5-də birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.

Oqtay Gülalıyev dönməz və prinsipal hüquq müdafiəçisi kimi fərqlənən bir xadimdir,
Rüfət Səfərov, keçmiş siyasi məhbus


Bundan sonra Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib.

Noyabrın 19-da hüquq müdafiəçisi İstanbulda yerləşən "Amerika xəstəxanası"na (Amerikan Hastanesi) köçürülüb.

Noyabrın 22-də onun beynində növbəti neyrocərrahiyyə əməliyyatı aparılıb. Bundan sonra da səhhətində irəliləyiş qeydə alınmayıb.

Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev Avrasiya xəstəxanasının həkimlərinin rəyinə istinadən bildirib ki, atasının komadan ayılması 6 aydan 1 ilədək çəkə bilər.

“Həkimlərin bildirdiyinə görə, atanın beyın hüceyrələrindən üçü sıradan çıxıb. Bu o deməkdir ki, atam yaşadığı müddətdə hərəkət edə, danışa bilməyəcək. Ancaq reaksiyasız olaraq gözləri açıq olacaq,” Təbriz Gülalıyev qeyd edib.

XS
SM
MD
LG