Accessibility links

Oqtay Gülalıyevin vəziyyəti kritik olaraq qalır


Oqtay Gülalıyevin vəziyyəti ağır və kritik olaraq qalır. O, komadan ayılmayıb.

Bu barədə hüquq müdafiəçisnin həyat yoldaşı Füruzə Gülalıyeva Amerikanın Səsisnə bildirib.

“Oqtayın dünən təyyarə ilə Bakıdan İstanbula aparılması zamanı onun səhhətində hər hansı dəyişiklik olmayıb. Vəziyyəti Azərbaycanda necə ağır idisə, elə də qalır, koma vəziyyətindədir. Həkimlər əllərindən gələni edirlər. Dünən süni nəfəs borusunu traxeya borusuna (nəfəs borusu) yerləşdirdilər. Həkimlər əllərindəın gələni edirlər, amma onun sağalması, ayağa qalxması ilə bağlı söz verə bilmirlər. Son durumu ağır və kritik olaraq qalır,” o qeyd edib.

Oqtay Gülülıyev
Oqtay Gülülıyev

Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib.

Hüquq müdafiəçisi oktyabrın 29-da avtomobil vurduqdan sonra ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar.

Oktyabrın 30-da o, beyindən gematomanın çıxarılması üzrə əməliyyat olunub. Həkimlərin proqnozlarına görə, nəticə müsbət olsa, bir neçə həftə sonra hüquq müdafiəçisi komadan çıxa bilər və bundan sonra aylarla reabilitasiya kursu keçməlidir.

Noyabrın 5-də birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG