Accessibility links

Hüquq müdafiəçisi əməliyyat olunub


Oqtay Gülalıyev
Oqtay Gülalıyev

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin əməliyyatı başa çatıb.

Bu barədə jurnalistlərə həkim Adil Qeybulla məlumat verib. Onun sözlərinə görə, əməliyyat uğurlu keçib.

"Birazdan reanimasiyaya köçürüləcək", - o qeyd edib.

*****

"City Hospital"dan verilən məlumata görə, hazırda hüquq müdafiəçisi Oqtay Gülalıyev əməliyyat olunur.

Səhiyyə Nazirliyinin məlumatına görə, Oqtay Gülalıyevin ailəsi əvvəlcə əməliyyatla bağlı tərəddüdlər edib.

"Səhiyyə Nazirliyi «City Hospital»a Respublika Neyrocərrahiyyə Xəstəxanasının mütəxəssislərini göndərib. Onlar Oqtay Gülalıyevin ailə üzvləri ilə söhbətlər aparıb, onlara təxirəsalınmaz əməliyyatın keçirilməsinin vacibliyini izah ediblər. Hal-hazırda ailənin razılığı alınıb və əməliyyat başlayıb. Əməliyyatın gedişatı barədə məlumat veriləcək", - nazirlikdən qeyd edilir.

O.Gülalıyevin yaxınları isə Səhiyyə Nazirliyinin açıqlaması ilə razı deyillər. Onlar qeyd edirlər ki, əməliyyatın vacibliyi onlara gec deyilib: "Biz cəmi 10 dəqiqə məsləhətləşdik. Amma MRT-dən (Maqnit rezonans tomoqrafiya) keçirilməsi 5 saat gecikdirildi".

*****

Oqtay Gülalıyevin avtomobillə vurulması ilə bağlı cinayət işi açılıb.

Bu barədə Daxili İşlər Nazirliyin (DİN) mətbuat xidmətinin məlumatında deyilir.

Məlumata görə, oktyabrın 29-da paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi "Hyundai Accent" markalı avtomobillə yolu keçən piyada Oqtay Gülalıyev vurulub:

"Sürücü qəza nəticəsində xəsarət almış piyadanı dərhal öz avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra Oqtay Gülalıyev oradan "City Hospital"a köçürülüb. Hazırda həkimlərin nəzarətində olan xəstənin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və nəqliyyat vasitəsinə baxışlar keçirilib, sürücü Abdullayevin izahatı alınıb, sərxoşluq və narkoloji müayinələrdən keçirilib".

Faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Avtomobil idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

***

Oqtay Gülalıyev komadadır. Onun səhhəti çox kritikdir.

Bu barədə Amerikabnın Səsinə müsahibəsində Oqtay Gülalıyevin həyat toldaşı Füruzə Gülalyeva bildirib.

Onun sözlərinə görə, hazırda həkimlər onu maqnit rezonans tomoqrafiya etmək istəyirlər.

“Süni nəfəs verdilər ki, tomoqrafiya etsinlər. Bədəninin sol hissəsi işləmir, hissiyyatı yoxdur, beyninə qansızma artıb. Vəziyyəti çox kritikdir. O danışa bilmir, komadadır,” Füruzə Gülalıyeva qeyd edib.

Səhiyyə Nazirliynin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, Oqtay Gülalıyev kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə daxil olub. Sonra yaxınları Gülalıyevi özəl xəstəxanaya köçürüb.

Hazırda Gülalıyev City Hospital klinikasındadır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildiriblər ki, O.Gülalıyevin müalicəsi və aparılan müayinələr onların nəzarəti altındadır.

Oqtay Gülaliyev Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatorudur. O son dövrlər insanların hüquq mühafizə orqanları tərəfindən repressiyalara, işgəncələrə və qeyri-insani rəftara məruz qalmaları ilə bağlı davamlı olraq dinləmələr təşkil eidr, hesabatlar yayırdı. Hüquq müdafiəçisi bu günlərdə “İşgəncələrə son qoyulsun!” şüarı ilə 10 günlük ictimai kampaniyanın başlandığını bəyan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG