Accessibility links

Oqtay Gülalıyev: Gəncə hadisələri ilə bağlı həbsdə olan şəxslər azadlığa buraxılmalıdır


Oqtay Gülalıyev: Gəncə hadisələri ilə bağlı həbsdə olan şəxslər azadlığa buraxılmalıdır
please wait

No media source currently available

0:00 0:05:10 0:00

Oqtay Gülalıyev: Gəncə hadisələri ilə bağlı həbsdə olan şəxslər azadlığa buraxılmalıdır

Repressiyalar və İşgəncələr Əleyhinə Komitənin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

Repressiyalar və İşgəncələr Əleyhinə Komitənin rəhbəri Oqtay Gülaliyev Amerikanın Səsinə müsahibəsində “Gəncə işi” ilə bağlı məhkəmələrin yekunlarından danışıb.

Amerikanın Səsi: Siz “Gəncə işi” ilə bağlı məhkəmələrdə monitorinqlər aparıbsınız. Məhkəmə istintaqı ibtidai istintaqdan nə ilə fərqlənir?

"Gəncə işi” ilə bağlı insanlara çox ağır cəzalar verilib.

Oqtay Gülaliyev: Bildiyiniz kimi “Gəncə işi” ilə bağlı birinci instansiya məhkəməsinin sonuncu prosesi keçirildi. Bununla da “Gəncə işi” ilə bağlı birinci mərhələ tam yekunlaşdı. Çox təəssüflər olsun ki,“Gəncə işi” ilə bağlı insanlara çox ağır cəzalar verilib. Baxmayaraq ki, o cəzaların bir hissəsi apellyasiya məhkəməsində götürülmüşdü. Amma, elə birinci instansiya məhkəməsində insanlara 18-20 ilə qədər iş verildi. Çox təəssüflər olsun ki, 20 il həbs cəzası almış Eşqin Quliyev bir neçə gün bundan qabaq Penitensiar Xidmətin müalicə müəssisəsində dünyasını dəyişdi. Hesab edirəm ki, onun ölümü ilə bağlı müammalar var və onun ölümündə hakimiyyət birbaşa məsuliyyət daşıyır. Bu məsələnin bir tərəfidir. İkinci tərəfi isə, sualınıza cavab olaraq deyim ki, elə bir fərq olmadı. Ona görə ki, ibtidai istintaq zamanı çoxsaylı qanun pozuntularına yol verdilər. Həm də məhkəmənin gedişində bu barədə daha ətraflı məlumat bizim Repressiyalar və İşgəncələr Əleyhinə Komitənin hazırladığı “Gəncə işi” hesabatında geniş əks olunub.

Amerikanın Səsi: “Gəncə işi” ilə bağlı həbs edilənlər saxlanılma və istintaq zamanı işgəncələrə və qeyri-insani rəftara məruz qaldıqlarını bildiriblər. Məhkəmələr bu hallara hüquqi qiymət veribmi?

Dəfələrlə həm vəkillər, həm təqsirləndirilən şəxslər məhkəmədə vəsatət qaldırsa da işgəncə hallarına baxılmadı.

Oqtay Gülaliyev: Bəli, sizin də dediyiniz kimi “Gəncə işi” ilə bağlı həbs olunanların böyük əksəriyyəti həbs olunan zaman ağır və dəhşətli işgəncələrə məruz qalmışdılar. Hətta bu gün də həmin şəxslərin bəzilərinin bədənlərində o işgəncənin əlamətləri qalmaqdadır. Amma çox təəssüflər olsun ki, dəfələrlə həm vəkillər, həm təqsirləndirilən şəxslər məhkəmədə vəsatət qaldırsa da işgəncə hallarına baxılmadı. Yalnız bir məhkəmə prosesi zamanı hakim vəsatəti qəbul etdi. Aidiyyatı üzrə Baş Prokurorluğa göndərdi və prokurorluq isə formal şəkildə araşdıraraq cavab verdi ki, heç bir işgəncə olunmayıb və işgəncə faktları təsdiqini tapmayıb. Bu işgəncənin başında dayananların biri də nə qədər acınacaqlı olsa da Respublika Prokurorluğunun əməkdaşları idi. Deməli cinayət işi də beləcə ört-basdır edildi.

Amerikanın Səsi: Hüquq mühafizə orqanlarının məlumatlarına görə “Gəncə işi” ilə bağlı tuttulma zamanı silahlı müqavimət göstərən bir neçə şəxs öldürülüb. Məhkəmələr bu halları araşdırdı?

Oqtay Gülalıyev: Bilirisiniz ki, “Gəncə işi” ilə bağlı sizin də qeyd etdiyiniz kimi bir neşə şəxs qətlə yetirilib. Amma onların müqavimət göstərməsi ilə bağlı yaxınlarının və şahidlərinin verdiyi ifadələr və rəsmi ittiham bir-birini təkzib edir və çox təəssüflər olsun ki, həmin şəxslərlə bağlı heç bir məhkəmə araşdırması aparılmadı hakimiyyət tərəfindən. Bu istiqamətdə cinayət işinin başlanılması birmənalı şəkildə rədd olundu. Qəbul olunmuş qərar hətta bir ildən sonra bəzilərinin ailə üzvlərinə göndərildi. Bəzilərinə isə ümumiyyətlə göndərilmədi. Məsələn, bu yaxınlarda Müsəlman Birliyi Hərəkatının qətlə yetirilmiş üzvü Sərxani Ağanın baxmayaraq ki, nəşi bir ildən çoxdur ailəsinə verilmir. Ailəsi tələb etdikdən sonra onun ölümü ilə bağlı cinayət işinin rədd olunması ilə bağlı qərar bir ildən sonra ailəsinə verildi. Amma bütün bunlara baxmayaraq, məndə olan məlumata görə bəzi valedeynlər həyat yoldaşlarının, ailə üzvlərinin öldürülməsi il bağlı məsələni məhkəmə müstəvisində davam etdirmək istəyirlər.

“Gəncə işi” saxtadır, qondarmadır, sifarişlidir, siyasi motivlidir.

Amerikanın Səsi: “Gəncə işi” ilə bağlı həbs edilənlər tam bəraət istəyir. Sizcə bu mümkündür?

Oqtay Gülaliyev: Hesab edirəm ki, hal-hazırda məhkəmə prosesi keçirilən və məhkəmə prosesi başa çatmış “Gəncə işi” ilə bağlı həbs olunan şəxslərə bəraət verilməlidir. Onların hamısı azadlığa buraxılmalıdır. Biz ilk gündən demişik ki, “Gəncə işi” saxtadır, qondarmadır, sifarişlidir, siyasi motivlidir. O baxımdan o tələbi haqlı sayıram və hesab edirəm ki, “Gəncə işi” ilə həbs olunan şəxslər azadlığa buraxılmalıdır.

Qeyd: Azərbaycanın hüquq-mühafizə orqanları saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə məhkəmədə həqiqətə uyğun olmayan ifadələr veriblər.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG