Accessibility links

Orxideya sərgisi [Video]


Orxideya sərgisi
please wait
Embed

No media source currently available

0:00 0:02:35 0:00

Orxideyalar dünyanın ən gözəl güllərindəndir. Bu gül özünün ölçüsü, müxtəlif rəngləri və görünüşü ilə Yer kürəsindəki bitkilər arasında ən qədim tarixə malikdir. Birləşmiş Ştatların paytaxtı Vaşinqtondakı Botanika Bağında aprel ayının birinci həftəsinə qədər minlərlə çeşidi olan orxideyaların bəzilərinin sərgisi nümayiş etdirilir.

Bu sərgidə göy qurşağının bütün rənglərində nəfis arxideyalar var. Bunlar arasında olduqca nadir və kökü kəsilə biləcək çiçəklər də var. “Çox gözəldir. Demək istəyirəm, möhtəşəmdir” deyə, ziyarətçi Kelli bildirir.

Digər ziyarətçi Kristian Zimmerman isə bunları deyir: “Mən heç vaxt belə bir şey görməmişdim və buraya gəldiyim, bu gözəlliyi gördüyüm üçün çox şadam.”

Dünya boyu orxideyaların 25 min növü var, sarıdan tutmuş narıncıya, çəhrayıdan tutmuş bənövşəiyə qədər çox rəngi var. Botanika Bağının sözçüsü Devin Doston: “Lakin mavi rəngi tapmaq çox çətindir. Bu, Filippində aşkar edilib və təbii mavi rəngə malikdir.”

Qeyd edək ki, Antarktida istisna olmaqla, orxideyalar hər bir qitədə bitir, isti və soyuq temperaturda yaşaya bilir. Bu güllərin bəzi növləri yalnız bir neçə saat yaşayırsa, digər növlərinin ömrü isə altı aya qədər olur. Orxideyaların ən kiçiyi 2 millimetr, ən böyüyü isə 90 kiloqrama qədər ola bilər. Devin Doston: “Orxideyalar müxtəlif mühitə uyğunlaşan bitkidir. Hətta burada, Birləşmiş Ştatlardakı bataqlıqlarda belə bitir. Bataqlıqlar demək olar ki, həmişə nəm olan yerlərdir. Və orxideyalar nəm torpaqda bitir. Bəlkə də yağışın çox olduğu tropik meşələrdə. Orxideyalar quru torpaqda bitmir.”

Bəzi orxideyalar isə başqa bitkilərə və ağaclara dolaşaraq yaşayır. “Onlar tropic bölgələrə, ağaclara illərlə uyğunlaşıb və onların kökləri sallanmış vəziyyətdə olur. Siz burada da açıq kökləri görə bilərsiniz. Lakin bu köklər ağ velaminlə örtülüb ki, bu da havada sallanan köklərin nəm qalmasına yardım edir” deyə, Doston bildirir.

Orxideyaların görüntüləri və ölçüləri müxtəlifdir. Bu rəngarəng güllər adətən tropik regionlarda bitir. “Latın Amerikasından tutmuş bəzi Asiya ölkələrində, əsasən isti, tropik bölgələrdə bitir. Bəzi ölkələr bu bitkiləri öz milli gülləri olaraq, qeyd edir.”

Hazırda isə ən məşhur orxideyalar hibrid orxideyalardır. Onlardan biri Çin Əjdahasıdır. “Hibrid oprxideya ilk dəfə 1850-ci ildə İngiltərədə yetişdirilib. İndi isə 110 mindən çox hibrid orxideya mövcuddur. Hər il demək olar ki, 3 minə qədər yeni hibrid orxideya yetişdirilir.”

Gözəlliyindən əlavə, opxideyalardan ətir hazırlanmasında, eləcə də Yaxın Şərq və Asiyada dərman kimi istifadə edilir.

XS
SM
MD
LG