Accessibility links

İordaniyada hökumətpərəstlər nümayişçilərə hücum edib


İordaniyada hökumətpərəstlər nümayişçilərə hücum edib
İordaniyada hökumətpərəstlər nümayişçilərə hücum edib

İordaniya paytaxtında hökumət tərəfdarları ilə islahat tələb edən nümayişçilərin toqquşması ilə etiraz aksiyaları zorakı xarakter alıb. Şahidlər hökumət tərəfdarlarının nümayişçilərə hücum etməsi nəticəsində səkkiz adamın yaralandığını deyirlər.

Yüzlərlə adam bu gün paytaxt Əmmanda islahatlar tələbi ilə nümayişə çıxıb. Bu nümayişlər ərəb dünyasında baş qaldıran inqilab dalğası fonunda keçirilir. İordaniyalılar konstitutsional islahatlar və Kral Abdullahın səlahiyyətlərinə məhdudiyyətlər qoyulmasını tələb edirlər.

Ötən ay minlərlə adamın küçələrə çıxmasından sonra Kral Abdullah kabineti istefaya göndərib.

XS
SM
MD
LG