Accessibility links

İordaniyada xalq islahatlar tələb edir


İordaniyada xalq islahatlar tələb edir
İordaniyada xalq islahatlar tələb edir

Minlərlə insan bu və bir çox başqa tələblə etiraz aksiyası keçirib

İordaniyada küçələrə çıxan minlərlə nümayişçi hökuməti islahatlar aparmağa və baş nazir Samir əl-Rifaini istefaya çağırır. Nümayişlər bu gün paytaxt Əmman və digər bir neçə şəhərdə keçirilib. Müxalifət tərəfdarlarıkeçən həftədən bəri bir neçə etiraz aksiyası təşkil edib. Tunisdə isə oxşar hadisələr sabiq prezidentin devrilməsi ilə nəticələnmişdi. İordaniyalılar ərzaq qiymətlərinin aşağı salınmasını tələb edir və hökuməti korrupsiya ilə mübarizədə uğursuz olmaqda günahlandırır. Bu ayın əvvəlində baş nazirin hökumət işçilərinin əmək haqqlarını, hökumət təqaüdçülərinin pensiyalarını artıracağı barədə söz verməsinə baxmayaraq aksiyalar davam edib.

XS
SM
MD
LG