Accessibility links

Temperaturun yüksək olmasına görə ordu xüsusi rejimə keçib


İsti hava
İsti hava

Temperaturun yüksəlməsi ilə əlaqədar Azərbaycan ordusunda istilik və günvurma hallarının qarşısının almaq üçün müdafiə naziri Zakir Həsənovun göstərişinə əsasən hərbi hissə və birləşmələrdə xüsusi rejimin tətbiqinə başlanıb.

Amerikanın Səsinin sualının cavabında Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, havanın hərarətinin yüksək olduğu günlərdə şəxsi heyəti istidən və günvurmadan qorumaq üçün döyüş hazırlığı məşğələləri müəyyən olunmuş saatlarda keçirilir.

Döyüş hazırlığı və gündəlik fəaliyyət tədbirləri planlaşdırılarkən hərbi qulluqçular günəş şüalarının birbaşa düşdüyü ərazidə deyil, əsasən kölgədə, kazarmada yerləşdirilir, açıq səma altında görülən xidməti işlərə cəlb olunmur.

Eyni zamanda, hərbi hissələrdə sərin su duşları və əlavə su təchizatı məntəqələri yaradılıb, şəxsi heyət içməli su və fərdi su qabları ilə təmin edilib.

Sinoptiklər iyul-avqust aylarında istiliyin normadan 1-2 dərəcə artıq olacağını bildirib. Hazırda bölgələrdə havanın temperaturu 40-42 dərəcəyədək yüksəlir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG