Accessibility links

''Angela Merkeldən tələbimiz var!''


''Angela Merkeldən tələbimiz var!''
please wait

No media source currently available

0:00 0:06:02 0:00

Siyasi fəal Orduxan Temirxan Amerikanın Səsinə verdiyi müsahibədə Berlində keçiriləcək aksiyanın məqsədləri və Almaniya kanslerinin Azərbaycan səfərindən gözləntiləri haqqında fikirlərini bölüşür.

Orduxan Temirxan bildirib ki, 22 avqust tarixində Bundestaq binasının qarşısında keçirələcək mitinqin əsas məqsədi Almaniya kansleri Angela Merkelin Azərbaycanda gözlənilən rəsmi səfəri ilə əlaqədardır.

Məqsədimiz daha çox siyasi məhbusun azad olunmasına nail olmaqdır.

''Aksiyanın əsas şüarları siyasi məhbuslara azadlıq, Azərbaycanda olan siyasi vəziyyətin demokratik şəkildə dəyişilməsidir. Bizim etirazımız onadır ki, Azərbaycanda 180 nəfərə yaxın siyasi məhbus ola-ola niyə Angela Merkel diktator İlham Əliyevin əlini sıxmağa, onunla yeni neft-qaz müqavilələri imzalamağa gedir?!''

''İlqar Məmmədovu buraxdılar ki, ölkədəki siyasi durumu biraz yumşaltsınlar. Bizim gözlənti və tələblərimiz də qalan siyasi məhbusların azad olunmasıdır. Çünki, əgər məhz Angela Merkelin gəlməsinə görə İlqar Məmmədov azad olundusa, deməli, başqa siyasi məhbusları azad elətdirmək olar. Biz də Angela Merkeldən bunu tələb edəcəyik.''Siyasi fəal Almaniya kanslerinin səfəri ərəfəsində Azərbaycanda daha çox siyasi məhbusun azadlığa buraxılacağına inandığını ifadə edib.

Orduxan Temirxan onu da əlavə edib ki, mitinqi keçiriləcəyi 22 avqusta Azərbaycan diasporasının da eyni yerdə aksiya təşkil etmək planı var.

Avropadakı diaspora Azərbaycan xalqının yox hökümətinin diasporasıdır.

''Nə zaman biz bu cür aksiya təşkil etsək diaspora da həmin gün, həmin saatda, eyni yerdə mitinq təşkil edir. Mitinqlərinin tələbləri də ''Qarabağa azadlıq'', ''Xocalıya ədalət''və ''Biz prezidentimizi dəstəkləyirik''. Əgər sən prezidentini dəstəkləyirsənsə niyə bunu mühacir kimi gəldiyin Almaniyada edirsən?''

XS
SM
MD
LG