Accessibility links

Amerika rançerləri və fermerləri hökumətə qəzəblənib [Video]


Amerika rançerləri və fermerləri hökumətə qəzəblənib
please wait

No media source currently available

0:00 0:02:04 0:00

Yanvarın 2-də Oreqon ştatının şimal-qərb bölgəsində federal qoruq binasını ələ keçirən silahlı şəxslər orada qeyri-müəyyən müddət qalacaqlarını bildiriblər. Silahlı qrupun lideri federal ərazidə yanğın törətməkdə təqsirli bilinərək, əlavə həbs cəzasına məhkum edilən iki rançerin azad edilməsini və federal hökumətin rançerlərdən aldığı torpaqların geri qaytarılmasını tələb edir.

Duayt Hammond və oğlu Stiven özlərinə məxsus ərazidə alaq otlarını yandırdıqlarını boyunlarına almış, lakin alovun təsadüfən federal əraziyə yayıldığını demişlər. Onların hər ikisinin artıq bir neçə ay həbsdə qalmasına baxmayaraq, hakim ilkin hökmdə federal qanunlara əməl olunmadığını əsas gətirərək, onların hər birinə beş ilə qədər əlavə iş vermis və bununla da onları yenidən həbsxanaya göndərmişdir. “Mən həbsxanaya 51.4 hektar torpağa görə gedirəm? Bu, bir az çox deyilmi?” deyə, Duayt Hammond bildirir.

Hammondlar həbsxanaya qayıtmağa razı olsalar da, qərar Birləşmiş Ştatlar boyu fermerlərin və rançerlərin qəzəbinə səbəb olub. Ölkənin qərb bölgəsində insanların buna ehtiyac duyduğu bir vaxt hökumətin həddən artıq torpaqlara sahib olduğu deyilir. “Biz burada baş verənlərin yanlış olduğunu hökumətə çatdırmaq üçün dəfələrlə müdrik yollardan istifadə etdik” deyə rançer Ammon Bandi bildirir.

Ştatdankənar rançerlər Ammon Bandi və onun qardaşı Rayan yüzə qədər insanla birlikdə Oreqon ştatındakı Malheur Milli Təbiət Qoruğunun binasının ələ keçirib. Silahlı şəxslər federal hökumətin aldığı torpaqların həmin şəxslərə geri qaytarılmasını tələb etdiklərini deyirlər. Ammon Bandi: “Hökuməti geri, yerinə oturtmaq insanların borcudur.”

Nevada rançerləri Bandi qardaşları və onların atası Kliven iki il əvvəl də torpaq hüquqları ilə bağlı hökumətə qarşı çıxmışdı.Yerli sakinlər rançerləri dəstəkləsə də, silahdan istifadəyə qarşı çıxır. Pastor Brayan Bouman: “Məsələni həll etmək üçün müvafiq kanallardan isitfadə etmək olar, silahlı müqavimət və ultimatumlar düzgün yol deyil.”

Federal Təhqiqatlar Bürosu (FBI) məsələni dinc yolla həll etməyə çalışır. Lakin yerli rəsmilər təhlükəsizlik tədbiri olaraq yaxınlıqdakı məktəbləri bağlayıb.

XS
SM
MD
LG