Accessibility links

Yüksək temperatur Kaliforniya ətrafındakı yanğınların davam etməsinə şərait yaradır - 2 yanğınsöndürən həyatını itirib


Ölkənin qərb bölgəsində yayılan meşə yanğınlarına nəzarət etmək üçün kömək edən iki ABŞ ynağınsöndürəni həlak olub.

Ərazi İdarəetmə Bürosunun verdiyi məlumata görə, onlar Arizona ştatında Wikieup yaxınlığındakı Sidar hövzəsində hava kəşfiyyatı apararkən təyyarə qəzasında ölüb.

Agentlik Twitter-də "Bu gecə ürəyimiz ağırdır" - deyə, yazıb

Şənbə günü Oreqondan 158 kvadrat kilometrdən 308 kvadrat kilometrə qədər iki dəfə böyüyən yanğın Sakin okeanı hövzəsinin şimal-qərb və Kaliforniyada milyonlarla evə elektrik enerjisi verən elektrik xətlərinə təsir edib.

Kalifornia-Oreqon AC elektrik şəbəkəsinin kəsilməsi Kaliforniyada istilik dalğası fonunda baş verir.

Enerji mənbəyinə olan tələbatın artması səbəbindən elektrik enerjisinin kəsilməsinin qarşısını almaq üçün Kaliforniya sakinləri səhər 4-dən 9-a qədər enerjiyə qənaət etməyə çağırılıb.

Kaliforniyanın şimalında on min hektar əraziyə yayılan iki yanğın şənbə günü qismən məhdudlaşdırılıb.

37 dərəcə Selsi və daha yüksək istilik Kaliforniya ətrafındakı yanğınların davam etməsinə şərait yaradır.

Milli Hava Xidməti bazar ertəsinədək həddindən artıq istilik barədə xəbərdarlıq edib.

Səlahiyyətli orqanlar insanları yerli bələdiyyələr tərəfindən verilən siqnalları izləməyə və lazım gələrsə təxliyəyə hazır olmağa çağırıb.

XS
SM
MD
LG