Oreqonun rəngli təpəlikləri
35 milyon ildən çoxdur, təbiət hadisələri və iqlim dəyişikliklərinin yer qatında bir-biri ilə apardığı mübarizə dünyanın bir çox yerində olduğu kimi Oreqonda da öz izlərini qoymuşdur. Bunlardan biri də Oreqonun Yeddi Möcüzəsindən biri sayılan Rəngli Təpəliklər adlı ərazidir. Qurumuş çay yatağı və ətraf ərazilərdə yaranmış bu rəngli zolaqlar əsrlər boyu burada baş vermiş iqlim dəyişikliklərinin təsiri kimi bu təpələrdə əks olunmuşdur. Coni Dey Fosil Yataqları və ətraf ərazilərdə illərdir aparılan araşdırmalar müxtəlif rəng qatlarının hansı dövr və iqlim tipinə məruz qalıb formalaşmasını öyrənir. Geoloji dövr və onların qalıqları, təpələrin qeyri-adi forma və rəngləri hər il on minlərlə turisti özünə cəlb edir. Biz də yolumuzu bu təpəliklərdən salıb elə burada gecələməyə və səhər tezdən ərazini yaxşıca kəşf etməyə qərar verdik. Hündürlükdə və hər şeydən uzaqda yerləşən campinq ərazimiz qaladığımız ocağın istisinə qızınıb, ay və ulduzların altında açıq havadan zövq almağımıza şərait yaratsa da, gecə ilə başlayan yağış və güclü külək bizi səhər yuxudan oyanan kimi buranı tərk etməyə məcbur etdi.
Episodes
-
Oktyabr 13, 2024
Vaşinqtonda COP29 konfransına həsr olunmuş tədbir keçirilib
-
Oktyabr 12, 2024
“Fərqi yoxdur, böyük, ya balaca biznes, stress eynidir”
-
Oktyabr 12, 2024
"Oktyabr sürprizi" nədir?