Accessibility links

İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətləri Quranın yandırıldığı ölkələrə qarşı tədbir görməyə çağırır


İslam Əməkdaşlıq Təşkilatı (İƏT) bazar ertəsi üzv ölkələri Quranın kütləvi şəkildə yandırılmasına və ya təhqir ediməsinə icazə verən ölkələrə qarşı səfirlərin geri çağırılması da daxil olmaqla, tədbirlər görməyə çağırıb.

Səudiyyə Ərəbistanında yerləşən təşkilat belə bir bəyanatla İsveç və Danimarkadakı rəsmi icazəli etiraz aksiyalarında İslami müqəddəs kitabın yandırılması və ya başqa bir şəkildə təhrif edilməsi ilə bağlı son hadisələri müzakirə etmək üçün xarici işlər nazirlərinin fövqəladə onlayn iclasından sonra çıxış edib.

Bəyanatda deyilib ki, təşkilata üzv olan 57 ölkə İsveç, Danimarka və bu cür insidentlərə yol verən digər ölkələrlə səfirlərin geri çağıtılması da daxil olmaqla, "münasibətlərində məqsədəuyğun hesab etdikləri hər hansı zəruri qərar və addımları nəzərdən keçirməlidir".

Bəyanat üzv dövlətlərdəki vətəndaş cəmiyyəti təşkilatlarını Quranın yandırıldığı və ya təhqir olunduğu ölkələrdəki həmkarları ilə işləməyə, "məsələləri beynəlxalq məhkəmə orqanlarına çıxarmazdan əvvəl" yerllərdə qaldırmağa təşviq edib.

O, həmçinin islamafobiya ilə mübarizə üçün təbliğat işində daha çox səyə çağıraraq, İsveçdə yayılması üçün Quranın isveç dilinə tərcümə edilmiş 100 min nüsxə çapını sifariş edən Küveyti tərifləyib.

Yekun bəyanatdakı bir çox məqam İraqın xarici işlər naziri Fuad Hüseynin tövsiyələrini təkrarlayır və o, BMT-ni "bu hadisələrin qarşısını almaq üçün tədbirlər görməyə" çağırıb.

Görüşdən az əvvəl də İsveçdə Quranın bir nüsxəsini yandıran iki nəfər onlarla izləyicinin və 20-yə yaxın etirazçının gözü önündə İslam dininin müqəddəs kitabını bir daha yandırıb.

İstər İsveçdə, istərsə də Danimarkada küfr əleyhinə heç bir qanun yoxdur və ifadə azadlığı yüksək qiymətləndirilir.

Lakin Quranın son dəfə yandırılması müsəlman ölkələrində qəzəbli nümayişlərə və diplomatik reaksiyalara səbəb olduğundan, Skandinaviya ölkələrinin rəsmiləri müqəddəs kitabların və ya digər dini simvolların ictimai şəkildə təhrif edilməsinə qarşı məhdudiyyətlərin olub-olmaması barədə düşünməyə başlayıb.

Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen bazar günü Danimarkanın ictimai yayımı DR-ə müsahibəsində deyib ki, hökumət ifadə azadlığına xələl gətirmədən bu cür qızışdırıcı hərəkətləri qadağan etmək üçün "hüquqi vasitələr" axtarır.

İsveçdə baş nazir Ulf Kristerson bazar günü İnstaqram səhifəsində yazıb ki, onun hökuməti bu cür hərəkətlərin İsveçə qarşı düşmənçiliyi artırmasını nəzərə alaraq, Quran və digər dini kitabların təhqir olunması ilə bağlı hüquqi vəziyyəti təhlil edir.

Danimarkanın xarici işlər naziri hökumətinin Qurana təhqiri qınadığını və "bu məsələni diqqətlə araşdırdığını" bildirib.

Forum

XS
SM
MD
LG