Accessibility links

"Orion" görmə qüsuru olanlara yardım edə bilər


"Orion" görmə qüsuru olanlara yardım edə bilər
please wait

No media source currently available

0:00 0:02:02 0:00

"Orion" görmə qüsuru olanlara yardım edə bilər

Yeni cihaz kor insanlara ətrafındakı həyat keyfiyyətlərini qəribə bir şəkildə dərk etməyə yardım edir və bu, onların həyat keyfiyyətlərini yüksəldir.

Avtomobil qəzasından sonra kor olan Ceyson Esterhuzen yenidən işığı və ya hansısa hərəkəti görə bilməyəcəyini ağlına belə gətirmirdi. Lakin onun dünyası bir barmağın hərəkəti ilə dəyişdi.

Onun dünyası bir anda işıqlandı. Ceyson Esterhuzen: "Bunu sözlə ifadə edə bilmərəm. Bu, heç bir şey görə bilməyəcəyim demək idi. Qəflətən ətrafda hərəkət edən kiçik işıq qığılcımlarını görənədək, qaranlıq idi.`

Əslində bu normal hal deyil. Bəlkə də Ceysona öz qaranlıq dünyasında hərəkət etmək daha asandır. UCLA Tibb Mərkəzindən doktor Nadir Puratian: "Bir qapının harada olduğunu, səkinin harada başlandığını və bitdiyini və ya keçidin harada olduğunu bilmək - bunların hamısı vacib məsələlərdir və bu onların yenidən müstəqil olmalarına yadım edəcək."

Bu necə işləyir: Kiçik bir generator beyinə yerləşdirilir. Sonra həmin generator eynəkdəki bir cüt video-kamera prosessora, daha sonra isə implantla simsiz əlaqə quran eynəyə siqnal göndərir. Bu, beynin vizual qabığını stimullaşdırır və istifadəçilərə işığın hərəkətini izləməyə imkan verir. "Bu sadəcə video kameradır, normal gözün funksiyasını yerinə yetirir" deyə, doktor Nadir Puratian bildirir.

Ceyms Esterhuzen bu texnologiyanın sınaqdan keçirildiyi iki nəfərdən biridir. "Qara bir fonda azacıq ağ nöqtələr görürsən. Gecələr ulduzlara baxmaq kimidir."

"Orion" adlanan bu texnologiya "Second Sight" adlı bir şirkət tərəfindən istehsal olunub. UCLA Tibb Mərkəzində və Baylor Tibb Kollecində sınaqdan keçirilib.

Tədqiqatçılar bu texnologiyanın bir gün qlaukoma və diabet xəstələrindən tutmuş, görmə qüsuru olan çox sayda insana yardəm edə biləcəyinə inanırlar.

XS
SM
MD
LG