Accessibility links

Obama Orlandodakı hücumu terror adlandırdı [Yenilənib 3] [Video - Fotolar]


ABŞ-ın Florida ştatının Orlando şəhərində gecə klubuna hücum zamanı 50 nəfərin həyatına son qoyan silahlının kimliyi müəyyən olunub. Həmin şəxsin əfqan əsilli ABŞ vətəndaşı Ömər Saddiqi Mətin olduğu bildirilir.

Kluba daxil olan polis əməkdaşları içəridəki insanları xilas etməklə yanaşı, silahlı şəxsi də öldürə bilib. Hadisə zamanı 53 nəfərin yaralandığı bildirilir.

"Bizim əlimində bu hücumu terror və nifrət hücumu adlandırmaq üçün yetərli dəlilimiz var" - deyə ABŞ prezidenti Barak Obama Ağ Evdən xalqa müraciətində bildirib. Nitqini çox qısa tutan prezident "amerikalılar öz millətini müdafiə etmək üçün həmişə birlikdədir" deyib.

Daha əvvəl “Pulse” gecə klubunda baş verən qanlı hadisəni polis də terror aktı adlandırıb. Olayla bağlı bu gün Orlando şəhərinin polis rəisi Con Mina mətbuata açıqlama verib.

Gecə klubunda insanlara atəş açan şəxsin üzərində bir avtomat və bir tapança olduğu bildirilir. Atışma zamanı bir polis əməkdaşı da yaralanıb.

İlkin məlumatlarda deyilirdi ki, “Pulse” gecə klubunda naməlum şəxsin açdığı atəş nəticəsində 20-ə yaxın insan ölüb, 42 nəfər yaralanıb. İnsanlara atəş açan şəxs polislə atışma zamanı öldürülüb. Bu gecə klubuna adətən homo-seksuallar toplaşır.

Hadisə ilə bağlı Ağ Evin açıqladığı bəyanatda deyilir ki, əks-terror və daxili təhlükəsizlik müşavirləri Orlandodakı olayla bağlı prezident Barak Obamanı məlumatlandırıb. "Bizim dualarımız hadisə qurbanlarının ailə üzvləri və sevdikləri ilə birgədir" - deyə bəyanatda bildirilir.

XS
SM
MD
LG