Nikaraqua höküməti və vətəndaş qrupları cümə günü zorakılıqları dayandırmağa razılaşıb. Bu, iki aydır 170 nəfərin ölümü ilə nəticələnən və prezident Daniel Orteqa hökümətini sarsıdan siyasi iğtişaşa son qoymaq üçün atılan ən böyük addımdır.
Lakin Orteqa Katolik Kilsəsinin vasitəçilərinin ölkədə 1990-cı ildə ABŞ-ın səbəb olduğu vətəndaş müharibəsi bitəndən bəri baş verən ən ciddi siyasi böhranı aradan qadırmaq üçün gələn il erkən seçki keçirmək çağırışına cavab verməyib. Onun ardıcıl olaraq üçüncü prezidentlik müddəti 2021-ci ildə başa çatacaq.
“Zorakılığa son qoymaq zəruridir. Nikaraqualılar artıq heç bir zorakılıq görmək istəmir,” deyə hökümətin baş vasitəçisi, xarici işlər naziri Denis Monkada müxbirlərə bildirib.
Hər iki tərəf şənbə günü danışıqları bərpa edib, Katolik Kilsəsinin ümumi seçki keçirmək və siyasi islahat aparmaq təklifini müzakirə edəcək.
Aprelin 18-də başlayan etizarlar nəticəsində yüzlərlə insan yaralanıb, yoxsul Mərkəzi Amerika ölkəsinin iqtisadiyyatı çöküb.
Ölənlərin çoxu keçmiş socialist mücahid və Soyuq Müharibə dövründə ABŞ-ın düşməni olan Orteqanın istefasını tələb edən hökümət əleyhinə etirazçılar olub.
Vətəndaş haqları liderləri etirazlar zamanı öldürmə halları ilə bağlı istintaq aparmaq üçün beynəlxalq işçi qüvvəsinin təşkili ilə bağlı razılaşmadan razı olduqlarını deyib.
Onlar həmçinin beynəlxalq təşkilatların müşahidəsi altında tıxaclara səbəb olan və ticarətin qarşısını alan yol əngəllərinin qaldırlması üzərində razılıq əldə edib.
Cümə günü sərhəd saatlarında bərpa olunan danışıqlar paytaxt Manaquadakı zorakılıqlar və vasitəçilər arasındakı fikir ayrılıqları səbəbilə dayandırılıb.
Zorakılıqları müşahidə edən Nikaraqua İnsan Haqları Mərkəzi bildiirb ki, üzərlərində hücum tüfəngləri və tapançalar olam Orteqa tərəfdarı qüvvələri ilə üzərlərində daş, evdə düzəldilmiş minomyotlar olan nümayişçilər arasında səkkiz həftə davam edən qarşıdurmada 170 nəfər ölüb.
Orteqanın aprel ayında pensiyaları azaltmaq qərarı vətəndaş mühabirəsindən bəri ən böyük və tələfatlıq qarşıdurmalara səbəb olub.
Orteqa çox qısa müddətdə planlaşdırılmış kəsirləri ləğv etdi. Lakin daha sonra etirazçılara qarşı zorakı təqiblər ölkə boyu on ildən artıq müddətdir hakimiyyətdə olan Orteqaya qarşı nümayişlərlə nəticələndi.