Accessibility links

Orxan Baxışlının apellyasiya şikayəinə ilkin baxış olub


Orxan Baxışlı (Foto Fərqanə Novruzovanındır)

Noyabrın 26-da Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) gənclər komitəsinin üzvü Orxan Baxışlının şikayəti üzrə ilkin baxış olub.

İclasda vəkil Elçin Sadıqov şikayətə təkrar məhkəmə istintaqı ilə baxılması, guya Baxışlıya məxsus olan narkotik maddənin ekspertizasının təyin edilməsi, iş üzrə hal şahidlərinin başqa işlərdə iştirak edib-etməməsinin müəyyən edilməsi, Bakı şəhər Baş Polis İdarəsinin qeydiyyat kitabında fəalın üzərində narkotik olması haqqında məlumatın olub-olmadığının müəyyənləşdirilməsi barədə vəsatət qaldırıb. Vəkil həmçinin Baxışlının üzərində narkotik olması haqqında operativ məlumatı verən şəxslərin dindirilməsini məhkəmədən xahiş edib.

Dövlət ittihamçısı Ramiz Allahverdiyev vəsatətlərə etiraz edib.

Sədrlik edən Hakim Həsən Əhmədov vəsatətləri təmin etməyib və mahiyyəti üzrə dinləmələri dekabrın 10-na təyin edib.

Orxan Baxışlı mayın 6-da saxlanılıb, polis onun üzərində 6 qram heroin aşkar edildiyini bildirib. Fəal ittihamları təkzib edib, narkotikin onun üzərinə saxlanıldığı zaman qoyulduğunu bildirib. Sentyabrın 18-də məhkəmə fəalı 6 il müddətinə azadlıqdan məhrum edib.

Həbsindən bir neçə gün əvvəl - mayın 3-də Ümumdünya Mətbuat Azadlığı Günü ilə əlaqədar jurnalist Elmar Hüseynovun qəbri başında Orxan Baxışlı jurnalistin qətlində ölkə hakimiyyətini ittiham edib. Həmkarlarının fikrincə, onun həbsinə məhz bu səbəb olub. Hüquq müdafiəçiləri Orxan Baxışlını siyasi məhbus kimi tanıyıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynaya qarşı yeni dron hücumları həyata keçirib
please wait

No media source currently available

0:00 0:11:56 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG