Accessibility links

Orxan Kətənə: İraqda ən çox ziyan çəkən türkmənlərdir [Audio]


Hazırda ABŞ-da yaşayan İraq türkmənlərinin Birləşmiş Ştatlardakı sabiq təmsilçisi, fəal Orxan Kətənə Amerikanın Səsinə müsahibəsində bildirib ki, İraqda baş verən hadisələrdə ən çox zərər görən türkmənlərdir. O, İraqda yaşayan türkmənlərin hadisələrə münasibətindən, onların əl-Maliki höküməti ilə əlaqələrindən, regional dövlətlərdən gözləntilərindən və türkmənlərin gələcəkdə özlərini İraq dövləti tərkibində necə gördüyündən danışıb.
please wait

No media source currently available

0:00 0:05:35 0:00
Direct link

Cənab Kətənə deyir ki, türkmənlər İraqda aparıcı rola sahib olmadıqları üçün hazırda baş verən hadisələrə təsir göstərəcək gücə malik deyillər və münaqişənin tezliklə sona çatmasını, zorakılıqlara son qoyulmasını arzulayırlar.

O, türkmənlərin yaşadıqları ərazilərdə onların İraq dövləti qurulduqdan bəri hər zaman hökumətlə barışıqda yaşadıqlarını, daxili qarşıdurmaların yaşanmadığı icma olduqlarını vurğulayıb. İraqın digər bölgələrində silahlı toqquşmaların yaşanmasına baxmayaraq, türkmənlərin yaşadıqları ərazilərdə əsasən sabitliyin mövcud olduğunu və hazırda baş verən hadisələrdə də hökumətin tərəfində yer aldığını bildirib.

Fəal, regional dövlətlərin İraqda yaşayan türkmənlərə yetərincə diqqət ayırmadıqlarından narahatlığını dilə gətirib. Hər zaman basqı altında yaşayan türkmənlərin, başda Türkiyə olmaqla qonşu dövlətlərdən onların getdikcə yox olmasına seyrçi qalmamalarını arzu etdiklərini deyib.

Cənab Kətənə İraq Şam İslam Dövləti tərəfdarlarının qələbəsinin türkmən icmasına mənfi təsir göstərəcəyini düşünür. Belə ki, türkmənlərin yarısı şiədir, yarısı isə sünidir, və baş verənlər türkmənləri parçalanmaq təhlükəsi qarşısında qoyub.
XS
SM
MD
LG