Accessibility links

Oskar - Tendensiyalar dəyişirmi? [Video]


Oskar - Tendensiyalar dəyişirmi?
please wait

No media source currently available

0:00 0:02:46 0:00

Bu il də Oskar mükafatlarının təqdimatında Amerika Kino Akademiyası əvvəlki tendensiyaları davam etdirdi. İlin ən yaxşı filmi ən gəlirli filmlərindən biri olmadı. Müakafatın qalibləri də Hollivudun klassik gözəllik və şöhrət haqda təsüvvürlərinə uyğun deyildi. Bu, daha kiçik filmlər və daha mükəmməl xarakterləri ifa edən qaliblərin Amerika ixracatının ən böyük sahəsində dəyişiklik deməkdirmi? Daha ətraflı növbəti reportajımızda.

“Birdman” filmi ən yaxşı film kimi qalib oldu. Alehandro İnnaritunun bu komediyası reallıqdan uzaq və ağıllı, eyni zamanda insanı düşündürən bir filmdir. Amerika universitetinin professoru və iki dəfə Oskar mükafatının qalibi Rassel Villiams qaliblər üçün meyarların dəyişdiyini deyir. “Əvvəllər Akademiya daha asan anlaşılan filmləri seçməyə üstünlük verirdi.”

Villiams deyir ki, Hollivud televiziyada mərasimi izləyən tamaşaçı auditoriyasının getdikcə daha tələbkar olduğunu anlayır. Buna misal kimi televiziya ilə nümayiş etdirilən və porulyar, “Breaking Bad” serialını göstərmək olar. Bu filmdə sadə bir ailədən, xərçəng xəstəliyinə tutulub, səhiyyə xərclərini ödəyə bilməyən və nəticədə narkotik alverçisinə çevrilən bir insanın həyatından bəhs edilir.

Əgər filmə ilk iki həftədə kifayət qədər bilet satılmırsa, bu, studiyanın pul itirməsi deməkdir. Buna görə də, kiçik xarakterli hekayələri çəkmək üçün kim riskə gedən Hollivud pulu haradan alır?

“Böyük studiyalar əsasən iki pilləli iş görür. Biri böyük yay filmləridir ki, bu da böyük pullar gətirir və studiyalar ilin sonunadək həmin pullardan istifadə edə bilir" deyə, professor bildirir.

Beləliklə, Jurassic World studiyası gələn ilin Oskar siyahısı üçün daha kiçik və daha fərqli filmləri maliyyələşdirə biləcək. “Fikrimcə, fərqlilik gender, yanaşma tərzində özünü göstərəcək. Bir də ki 10, 20 il əvvəllə müqayisədə beynəlxalq ictimaiyyətə də indi daha çox diqqət verilir.”

Lakin bununla Akademiyanın çoxu ağ irqə mənsub və yaşlı 6 min seçicisi dəyişmir.

Müxtəlifliyin olmaması gender və irqi bərabərliyin olmaması ilə bağlı itithamlara yol açmışdı, çünki heç bir qadın rejissor və başaq irqə mənsub aktyor finala çıxa bilmirdi.

“Siz başa düşməlisiniz ki, bu, şou sevgisi deyil, şou-biznesdir və burada başqa hər şey bu şou biznesinin diktə etdiyi kimi edilir”, deyə, professor Villiams bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG