Accessibility links

Oskar mükafatına nominasiya edilən gənc aktrisalar [Video]


Oskar mükafatına nominasiya edilən gənc aktrisalar
please wait

No media source currently available

0:00 0:02:48 0:00

Onlar gözəl, istedadlı və iddialı rəqibdirlər. Bu il Oskara həm baş, həm də tərəf müqabili rolları kateqoriyasında “ən yaxşı aktrisa” kimi nominasiya edilənlər əsasən gənclərdir. Onlar Hollivudda öz yerlərini tapmaq əzmindədirlər.

Sirşa Ronan Hollivudun diqqətini cəlb edən yeni nəslin üzvüdür. 21 yaşlı bu gənc qız 1950-ci illərdə İrlandiyadan Bruklinə gələn, tənha mühacir qadın İlis roluna görə Oskar mükafatına nominasiya edilib.

Yaşının 21 olmasına baxmayaraq, Sirşa artıq 20-dən çox filmdə çəkilib. O, ilk dəfə Oskara 13 yaşında, “Atonement” filmindəki roluna görə nominasiya edilmişdi. Lakin o zaman o, güclü rəqabətlə üzləşmiş və mükafatı ala bilməmişdi.

Bri Larson oğurlanaraq zorlanan və 5 yaşlı oğlu ilə əsarətdə qalan qadın roluna görə nominasiya edilib. Oskar mükafatına “ən yaxşı aktrisa” kimi nominasiya edilən 26 yaşlı Larson da 20-dən çox filmdə oynayıb.

Alisa Vikender Bri Larsondan cvəmi bir yaş böyükdür. Onun karyerası “Ex Mashina” filmindəki insanabənzər müəmmalı robot AVA rolundan sonra yüksəlməyə başladı. O, Oskara ikinci dərəcəli aktrisa kimi “Danimarkalı qız” filmində Eddi Redmeyn roluna görə nominasiya edilib. O, 1930-cü illərdə ilk trangenderlərdən olan şəxsin həyat yoldaşını oynayıb. Hazırda o, ən çox sevilən gənc aktrisalar arasındadır.

Roni Mara isə artıq Holliuvudda yaxşı tanınır. O, Oskara “Karol” filmində ikinci dərəcəli Teris roluna görə nominasiya edilib. Roni Mara ilk Oskarını 2012-ci ildə “The Girl With The Dragon Tattoo" filmindəki gənc, evsiz kompyuter hakeri poluna görə alıb.

“Yaxşı aktrisa” kateqoriyası ilə Oskara nominasiya edilən Cenifer Laurensi də xüsusi qeyd etmək lazımdır. 25 yaşında, “Hunger Games” də daxil edilməklə, 20-dən çox filmə çəkilən Laurens artyıq bir dəfə Oskar alıb. Forbes jurnalının yazdığına görə, o, Holluvudun ən gəlirli aktrisalarındandır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG