Oskar mükafatının qaliblərinin adları açıqlandı. ABŞ-in birinci xanımı Mişel Obama Ağ Evdən video bağlantı vasitəsi ilə qalib filmin adını elan etdi. Amerikalıların İranda girov götürlüməsi haqda çəkilən "Argo əməliyyatı" filmi Los Ancelesdə keçirilən Oskar mükafatlarının təqdimatı mərasimində ən yüksək mükafatın qalibi oldu. "Argo əməliyyatı" qalib olacağı ehtimal edilən "Linkoln" filmi də daxil olmaqla digər doqquz namizəd film arasında qalib olub. ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun Amerikada quldarlığa son qoyma səylərini təsvir edən filmdə prezident Linkoln rolunu ifa etmiş Daniel Dey Lüis ən yaxşı aktyor kateqoriyasında Oskar mükafatına layıq görüldü.
Oskar - 2013
5
Ən yaxşı xarici film kateqoriyasında "Amour” filminə görə mükafat aldıqdan sonra Avstriyalı Michael Haneke səhnə arxasında Oskarı jurnalistlərə göstərir. (Foto: Heather Ikei / AMPAS).
6
Daniel Day-Lewis, Jennifer Lawrence, Anne Hathaway və Christoph Waltz Oskarlarını əldə tutublar. (Photo: Todd Wawrychuk / ©A.M.P.A.S.)
7
Rejissor və prodüser Ben Afflek Kaliforniyanın Hollivud şəhərində 85-ci Akademiya Mükafatları mərasimində ən yaxşı film kateqoriyasında "Arqo" filminə görə verilən Oskar mükafatını qəbul edir.
8
"Səfillər” filmində ən yaxşı aktrisa kateqoriyasında mükafat aldıqdan sonra səhnə arxasında Anne Hathaway Oskarı jurnalistlərə göstərir. (Foto: Heather Ikei / AMPAS).