Accessibility links

Rusiyanın iştirakına görə tənqidlər fonunda ATƏT Skopyedə illik sammitinə başlayıb


Noyabrın 30-da Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) illik sammiti Moskvanın Ukraynaya qarşı müharibəsini davam etdirdiyi, Rusiyanın baş diplomatının Skopyedə olması ilə bağlı bəzi üzv dövlətlərin boykotları və tənqidləri fonunda Şimali Makedoniyada başlayıb.

Şimali Makedoniyanın xarici işlər naziri, hazırda Ümumavropa təhlükəsizlik orqanına sədrlik edən Buyar Osmani sammitin ev sahibi olaraq, açılış nitqində Rusiyanın davam edən işğalını pisləyib.

Osmani "Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi bu təşkilatın bütün dəyərlərinə qarşıdır" deyib.

Osmaninin açıqlamalarına baxmayaraq, Şimali Makedoniya Moskvaya təslim olaraq, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun görüşdə iştirakına icazə verdiyinə görə tənqidlərlə üzləşməkdə davam edir.

Sofia Avropa İttifaqının Lavrovun təyyarəsinə ittfaq hüdudlarında tətbiq edilən uçmaq qadağasını aradan qaldırmaqla ona bu sammitdə iştirakçı olmağa şərait yaradıb.

Lakin Rusiya Xarici İşlər Nazirliyi təyyarədə Avropa İttifaqının sanksiyaları altında olan sözçüsü Mariya Zaxarova da olduğu üçün son anda nümayəndə heyətinin olduğu təyyarənin ölkəyə buraxılmadığını bildirib. Afina istisnanı təsdiqlədikdən sonra uçuş Yunanıstan hava məkanı üzərindən həyata keçirilib.

Lavrovun sammitə qatılmaq niyyəti Ukrayna, Estoniya, Latviya və Litvanın boykot etməsinə səbəb olduqdan sonra görüşün üzərinə kölgə salmaqla hədələyib.

1975-ci ildə Finlandiyanın paytaxtı Helsinkidə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Konfransı olaraq, Qərblə Sovet İttifaqının rəhbərlik etdiyi Şərq bloku arasında əməkdaşlıq vasitəsi kimi yaradılmış ATƏT özündə Avropa, Mərkəzi Asiya və Şimali Amerikanın 57 dövlətini birləşdirir.

Avstriyada Vyanada yerləşən ATƏT silahlara nəzarət, insan hüquqlarının təşviqi, mətbuat azadlığı, azad və ədalətli seçkilər kimi məsələlərlə məşğul olur.

Forum

XS
SM
MD
LG