Accessibility links

Oskar Şindlerin bəzi şəxsi əşyaları hərraca çıxarılır


II Dünya Müharibəsi zamanı mindən artıq yəhudini xilas etmiş alman sənayeçisi Oskar Şindlerin bəzi şəxsi əşyaları hərraca çıxarılır.

Bostonda mənzillənən RP hərracı fevralın 27-də bildirib ki, əşyalar Şindlerin 2001-ci ildə dünyasını dəyişmiş həyat yoldaşı Emilinin mülkiyyətidir. Şindler özü 1974-cü ildə vəfat edib.

Hərrac martın 6-da Bostonda keçiriləcək.

Əşyalar içində Şindlerin Longines qol saatı, həyat yoldaşı və özünün yəqin 1945-ci ildə ruslardan qaçarkən istifadə etdiyi kompas, iki qələm var.

Şindlerin 1938-ci ildə Almaniya hökuməti tərəfindən layiq görüldüyü medal da hərraca çıxarılır. O, medalı Sudetenlandın işğalı zamanı casus roluna görə alıb.

Şindlerin Holokost zamanı etdikləri Steven Spielberqin 1993-cü ildə çəkdiyi “Şindlerin siyahısı” filminin ərsəyə gəlməsinə səbəb olub.

O, nasist partiyasının üzvü olsa da, yəhudiləri öz fabriklərində işə götürməklə xilas edib.

Şindler hazırda Çexiya ərazisi olan Svitavi şəhərində doğulub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG