Accessibility links

Oskar 2019


Oskar 2019
please wait
Embed

No media source currently available

0:00 0:03:27 0:00

Bu il Oskar mükafatına "Ən Yaxşı Film" kateqoriyasında 8 film nominasiya edilib. Mükafatı onlardan biri alacaq. Bəs ilin ən yaxşı filmi hansı elementləri ilə seçilib?

XVII əsrdə, kraliça Annanın hakimiyyəti dövrünün siyasətindən danışan komediya janrındakı "The Favourite" -"Favorit" və Mexiko şəhərində yaşayan orta sinif bir ailənin həyatından bəhs edən "Roma" filmlərinin hər biri Oskara 10 kateqoriyada nominasiya edilib. Lakin senarist və kino-rejissor Murrey Horvitzin fikrincə, Oskarın müxtəlif ölkələrdən 8 min 200 üzvünün iştirak etdiyi səsvermə bu filmlərin "Ən yaxşı film" kateqoriyasında qalib gələcəyinə zəmanət vermir. "Oskar mükafatına layıq görülən bir film üçün musiqi yazan şəxs ola bilər ki, bu filmlərə səsvermədə iştirak edir və həmin şəxsin gözəl bəstəkar olmasına baxmayaraq, o, film haqda heç nə bilmir və "Ən yaxşı film"ə səs verir."

Horvitz bəzilərinin dostuna, digərlərinin studioya və ya şirkətə qarşı səs verə biləcəyini deyir. ""Qara Bəbir" filmi ən yaxşı film kateqoriyasında qalib gələrsə, mən narahat olmaram."

Yeddi kateqoriyada "Oskar"a nominasiya edilən Rayan Kuqlerin "Qara Bəbir" filmi qeyri adi super-qəhrtəman haqdadır. Bədii tərəfi bir yana, diqqətləri filmdəki afrikalı və afrikalı-amerikalı mədəni fenomenini cəlb edir. Lakin bu özünü müsabiqədə necə göstərəcək?

""Roma" bir növ şah əsərdir. İnsan ləyaqəti, insan həyatının dəyərləri, orta sinfin qürur duyulan tərəfləri və mühiti, bütün bunların hamısı filmdə çox güclü göstərilib." deyə, Murrey Horvitz bildirir.

Sonra isə bütün kateqoriyalara nominasiya edilən "Favorit" filmi. Murrey Horvitz: ""Favorit" filmində əsas rolları qadınların oynaması faktı məni sevindirir."

İrqi mövzudakı film də mükafata layiq ola bilər. Qaradərili Amerika tarixində ağların qismən təmizə çıxarıldığı deyilərək tənqid edilən "Green Book" - "Yaşıl kitab" filmi "Oskar"a beş kateqoriya üzrə nominasiya edilib. Film afrika-amerikalı mənşəli Cim Krou adlı musiqiçi və onun qəribə ağdərili sürücüsünün sənubdakı konsert turu zamanı başlarına gələnlərdən danışır. "Mən "Yaşıl kitab" filmində ağdərililərin yaxşı tərəfdən göründüyü barədəki fikirlərlə razıyam."

Digər tərəfdən "Oskar" mükafatına altı kateqoriyada nominasiya edilən Spayk Linin "Blakkklasman" filmi 1970-ci illərdə Ku-Klus-Klanla bağlı hekayəni ifrat dərəcədə siyasiləşdirməkdə və indiki zamanın çalarlarını qatmaqda ittiham olunur.

Murrey Horvitz deyir ki, "Oskar"a "Ən Yaxşı Film" kateqoriyası təkcə ifaçıları, musiqini, ssenarini, kinematoqrafiyanı və ya onun təsirini dəyərləndirməli deyil - mükafat bu faktorarın cəminə verilməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG