Accessibility links

Oskar mükafatları təqdim edildi [Fotoqalereya]



Hollivudda Amerika Kino Akademiyasının 86-cı Oskar mükafatlarının təqdimatı mərasimi keçirlib. Kino dünyasının ən qlamur gecəsinin aparıcısı komediya ustası və tok-şou aparıcısı Elen DeCeneres olub.

Drama janrında çəkilmiş tarixi “12 il köləlikdə” kino-filmi ilin ən yaxşı filmi adını qazanıb. 19-cu əsrdə köləliyə verilmiş amerikalı zəncinin həyatından bəhs edən filmin quruluşçu-rejissoru Stiv Makkuin Oskar mükafatını “kölə olmuş və bu gün də köləlikdən əziyyət çəkən bütün insanlara” ithaf etdiyini deyib.

Ən yaxşı quruluşçu-rejissor kateqoriyasında Oskara nominasiya edilib mükafatı ala bilməsə də Stiv Makkuinin filmi Kino Akademiyanın tarixinə düşüb. “12 il köləlikdə” ən yaxşı film kateqoriyasında Oskar qazanmış qaradərili quruluşçu-resjissorun yaratdığı ilk filmdir.

Ən yaxşı quruluşçu-rejissor kateqoriyasında ilk dəfə olaraq Oskar mükafatı latın amerikalı rejissora verilib. Alfonso Kuaron “Qravitisiya” filminə görə Oskar mükafatına layiq görülüb.

Ən yaxşı kişi rolunun ifaçısı kateqoriyasında Oskar mükafatını “Dallas alıcılar klubu” filmində baş rolda çəkilmiş aktyor Metyü Makkonahyu alıb. Aktyor filmdə Ron Vudrof obrazını yaratmaq üçün 25 kiloqram çəki itirib.

Ən yaxşı aktrisa kateqoriyasında Oskar mükafatı rejissor Vudi Allenin “Jasmin” filmində baş rolu ifa etmiş aktrisa Keyt Blançetə verilib.

Böyük ekranda debyütünü etmiş gənc aktirsa Lupita Nyunqo “12 il köləlikdə” filmində ifa etdiyi rola görə ən yaxşı tərəfmüqabil kateqoriyasında Oskar mükafatına layiq görülüb.

Ən yaxşı kişi tərəfmüqabil kateqoriyasında isə Amerika Kino Akademiyasının ən yüksək mükafatı “Dallas alıcılar klubu”nda çəkilmiş aktyor Cared Letoya verilib.

Bu il “12 il köləlikdə” və “Qravitasiya” filmləri Oskara ən çox nominasiya alıblar. “Qravitisiya” səs effektləri və digər kateqoriyalar daxil olmaqla yeddi Oskara layiq görülüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG