Accessibility links

Oskar mükafatına nominasiyalar elan edilib



Amerika kino sənəti akademiyasının ən yüksək mükafatı olan Oskar mükafatına bir neçə nominasiya edilmiş filmlərin adları açıqlanıb.

“Amerikasayağı fırıldaq”, “Qaravitasiya” filmləri 10 kateqoriyada nominasiya alıb. “12 il köləlikdə”, “Kapitan Filips”, Dallas alıcılar klubu”, “Nebraska”, “Uol Strit Canavarı” və “Felomena” filmləri də bir neçə kateqoriyada nominasiya qazanıb.

Nominasiyalar Los Ancelesdə Hollivudda Kino Sənəti Akademiyasında elan edilib.

Ən yaxşı kişi rolunun ifaçısı kateqoriyasında “12 il köləlikdə”, filmində baş rolda çəkilmiş Chivetel Eciofor, “Uol Strit Canavarı” filmində roluna görə Leonardo DiKAprio və “Amerikasayağı fırıldaq” filmində baş rolun ifaçısı Kristian Beyl nominasiyada göstəriliblər. Leonardo DiKaprio artıq Martin Skorsezenin çəkdiyi “Uol Strit Canavarı” filminə görə ən yaxşı kişi ifaçısı kateqoriyasında Qızıl Qlobus mükafatını alıb.

Ən yaxşı qadın rolunun ifaçısı kateqoriyasında nominasiyaları isə “Felomen” filmində baş rolda çəkilən Cudi Denç, “Qaravitasiya” filminə görə Sandra Bullok, “Avqust” filminə görə Meril Strip, “Jasmin” filminə görə Keyt Blançet alıblar.

Ən yaxşı quruluşçu-rejissor kateqoriyasında bu il Oskar mükafafına “Uol Strit Canavarı” filminin yaradıcısı Martin Skorseze, “Amerikasayağı fırıldaq”filminə görə Deyvid Rassel, “Qravitasiya” filminə görə Alfons Kuaron, “12 il köləlikdə” Stiv Makkuin və “Nebraska” filminə görə Aleksandr Peyn göstəriliblər.

86-cı Oskar mükafatlarının təqdimatı mərasimi Los Ancelesdə martın 2-də keçiriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG