Accessibility links

Norveç məscidinə hücum edən şəxs istintaqla əməkdaşlıq etmir


Norveç məscidinsə silahlı hücumu törətməkdə şübhəlı bilinən şəxsin vəkili müvəkkilinin müstəntiqlərlə əməkdaşlıq etmək istəmədiyini deyib.

“O, danışmamaq hüququndan istifadə edir” deyən vəkil müvəkkilinin günahını etiraf etmədiyini bildirib.

Media xəbərlərində məscidsə silahlı hücumu törədən şəxsin 21 yaşlı Filip Manşaus olduğu və onun qətl və qətlə cəhd ittihamları ilə üzləşdiyi deyilib.

Məsciddəki atışma zamanı ölən olmasa da, polis bir neçə saatdan sonra başqa bir yerdə hücumçunun ögey bacısının cəsədini aşkar edib.

Məscidin atəşə tutulması terror hücumuna cəhd kimi qiymətləndirilir. Oslo polis rəisinin müavini Rune Skoldın bildirdiyinə görə, bazar günü polis silahlı şəxsin "sağçı ekstremist baxışlar"a və mühacirlərə qarşı düşmənçilik iddialarına dair dəlillər aşkar edib.

Filip Manşaus şənbə günü Əl-Nur İslam Mərkəzinə hücum edərkən məsciddə cəmi üç adam olub. Məsciddəki iki nəfərə atəş açmağa başlayarkən Hərbi Hava Qüvvələrinin sabiq 65 yaşlı pakistanlı zabiti ona qarşı müqavimət göstərib.

Sabiq hərbi qulluqçu Məhəmməd Rafiq Reuters xəbər agentliyinə müsahibəsi zamanı silahlı şəxsə müqavimət göstərdiyi zaman onun əlindəki tapanca və tüfəngin yerə düşdüyünü deyib. Məhəmməd​ Rafiq hadisə nəticəsində yüngül xəsarət alıb.

XS
SM
MD
LG