Accessibility links

Osman Gündüz: “Elektron ticarət yolu ilə sifarişlərin çatdırılması problemi həll edilməyib”


Osman Gündüz
Osman Gündüz

Azərbaycan Dövlət Gömrük Komitəsinin 4 vəzifəli əməkdaşı saxlanılıb. Bu barədə məlumatı Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi yayıb.

Məlumatda deyilir ki, gömrük orqanlarında korrupsiya və rüşvət hallarının aradan qaldırılması, şəffaflığın təmin olunması istiqamətində atılan addımlar çərçivəsində 2018-ci il dekabrın 6-da Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində vəzifə səlahiyyətlərini aşmaq və qulluq mövqeyindən sui-istifadə etməklə elektron ticarət sahəsində fəaliyyət göstərən şirkətlər və şəxslərlə cinayət əlaqəsinə girməkdə şübhəli bilinən Dövlət Gömrük Komitəsinin Poçt göndərişləri gömrük postunun rəisi İsmayıl Abdullayev, postun rəis müavini Rəşad Rzayev, postun böyük inspektoru Səbuhi Hüseynov, Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin baş inspektoru Elizbər Rəhimov saxlanılıb.

Dövlət Gömrük Komitəsinin Poçt göndərişləri gömrük postunun rəisi, postun rəis müavini, postun böyük inspektoru, Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin baş inspektoru saxlanılıb.
DGK-nin məlumatı

Fakt üzrə Cinayət Məcəlləsinin 313 (Vəzifə saxtakarlığı), 312 (Rüşvət vermə (aktiv rüşvətxorluq), 311 (Rüşvət alma (passiv rüşvətxorluq),308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 206-cı (Qaçaqmalçılıq) maddələri üzrə cinayət işi başlanılıb.

Xidməti vəzifələrinin icrasına səhlənkar yanaşaraq əmək vəzifələrini kobud şəkildə pozduqlarına görə Dövlət Gömrük Komitəsi sədrinin 6 dekabr 2018-ci il tarixli əmri ilə Poçt göndərişləri gömrük postunun rəisi İsmayıl Abdullayev, rəis müavini Rəşad Rzayev, postun böyük inspektoru Səbuhi Hüseynov, Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin baş inspektoru Elizbər Rəhimov gömrük orqanlarından xaric edilib, barələrində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.

Ekspert: "Problem yenə həllini tapmayıb"

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz facebook səhifəsində yazıb ki, Dövlət Gömrük Komitəsinin aeroportda poçt gömrük qurumu yaratmasınəticəsində qaçaqmalçılıq və qanunsuz mobil telefon daşıyanlara qarşı mübarizə sahəsində müəyyən işlər görülsə də elektron ticarətin inkişafına da problemlər yaradıb.

“Bu fəaliyyət mobil telefon bazarında da çox ciddi bahalaşma yaratdı. Hazırda isə yenə də telefonların daha dar çərçivədə bir neçə qurum tərəfindən gətirilməsi üçün şərait yaradıldığı bildirilir”.

Bu fəaliyyət mobil telefon bazarında çox ciddi bahalaşma yaradıb.
Osman Gündüz

Ekspret yazır ki, əldə etdiyi məlumata görə indiyədək də burada adi vətəndaşların elektron ticarət yolu ilə sifariş etdikləri bağlamaların çatdırılması problemi həll edilməyib.

“Hər şey DGK-nın kontrolundadır. Əgər əyalətdən kimsə də elektron ticarət yolu ilə telefon gətirirsə, o telefonunu almaq üçün artıq rayon və ya kənd poçtuna deyil, elə basa-basa gəlib məşhur Poçt Daşıma Mərkəzinə, Droqal döngəsi 702 ünvanına , həm də Azərpoçta deyil, artıq buradakı gömrük qurumunun yeni rəhbəri Tofiq Bəhramova müraciət etməlidir,” İnternet Forumunun prezidenti bu fikirdədir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG