2030-cu ilədək ABŞ-da diz əməliyyatlarının 600 faiz artacağı gözlənilir. Lakin Ohayo Ştat Universitetinin Vesner tibb məktəbinin alimləri çox vaxt əməliyyatla nəticələnən ağrılar və yavaş irəliləyən artritlərə yeni alternativ irəli sürür.
Təqaüddə olan yanğınsöndürən Çak Stenger on illərdir diz ağrısından əziyyət çəkir.
“Əyildikdə və ya nərdivanla çıxdıqda, idman edərkən çömbəldikdə ağrı hiss edirdim, lakin bununla belə işləməli idim. ”
Ona diz sümükləri qığırdağının sürtülməsi kimi izah edilən osteoartrit diaqnozu qoyulub. Xəstəlik irəlilədikcə əməliyyat ehtimalı da yüksəlir.
Ohayo Ştat Universitetinin Vesner tibb məktəbinin alimləri əməliyyat yerinə yeni cihaz təqdim edib.
“Bu, əsl avtomobil amortizatorudur. Bu cihaz diz qapağı altına yerləşdirilir və dizin daxili hissəsinin ağırlığını götürərək dizin kənar hissəsinə daşıyır”- deyə, doktor Devia Flaniqan bildirib.
Bu animasiyada bunun necə işlədiyi göstərilir. Oynaqlardan təzyiq götürülür, ağırı azalır və çox vaxt əməliyyatla nəticələnən osteoartritin inkişaf prosesi yavaşıyır.
“Düşününrəm ki, ABŞ-da hər il artmaqda olan oynaq problemlərinin həllində uğur əldə etmişik. Bu problem artmaqdadır. Məqsədimiz isə bacardığımız qədər bunu məhdudlaşdırmaqdır” - doktor Devia Flaniqan əlavə edib.
Çak üçün Calypso adlanan diz sistemi əməliyyatı gecikdirməklə yanaşı, ağrılarını azalda, həyaaına davam etdməsini təmin edə bilər.
“Mən əvvəllər gördüyüm işləri görmək istəyirm"- Cak deyib.
Hər il Amerikada 600 min diz əməliyyatı keçirilir. Ümumdünya Səhiyyə Təşkilatını dünya əhalisinin 10-15 faizində osteoartritin müşahidə edildiyini bildirir.
Bu əməliyyat uğurlu olsa, gələn 5-10 il ərzində prosedur geniş yayılmış olacaq.