Accessibility links

NATO-nun müdafiə nazirləri Əfqanıstandakı böhran və Rusiya ilə gərginliyini müzakirə edəcək


ABŞ müdafiə naziri Lloyd Austin Əfqanıstanda təhlükəsizlik problemləri, Rusiya ilə gərginlik və texnologiya siyasətini müzakirə etmək üçün cümə axşamı və cümə günü NATO müdafiə nazirlərinin toplantığı Brüsseldə səfərdədir.

Çərşənbə günü Brüsselə gəldikdən sonra Austin Twitter səhifəsində "Mən NATO-nun hərbi adaptasiyasını irəlilətmək və alyansın gələcəyin problemlərinə hazır olmasını təmin etmək üçün buradayam" yazıb.

NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, müdafiə nazirləri Əfqanıstanın terrorçular üçün sığınacağa çevrilməsinin qarşısının alınması yollarını və təxliyə edilən əfqanların tranzit mərkəzlərdə deyil, NATO-ya üzv ölkələrdə məskunlaşması məsələlərini müzakirə edəcək.

NATO-nun baş katibi Cens Stoltenberq
NATO-nun baş katibi Cens Stoltenberq

"NATO-nun ən vacib rolu və qarşısında duran ən vacib vəzifəsi bizimlə işləyən əfqanları məskunlaşdırmaqdır. NATO müttəfiqləri və NATO tərəfdaşları çoxu əfqan olmaqla, Əfqanıstandan 120 mindən çox insanı çıxara bildi. Biz də, müttəfiqlərimiz də hələ də oradan daha çox insanı çıxartmaq üçün çalışırıq" - deyə, Stoltenberq iclasdan əvvəl jurnalistlərə bildirib.

Belçikaya yola düşməzdən əvvəl Rumıniyada olan Austin çərşənbə günü deyib ki, Bayden administrasiyası NATO-nun şərq cinahının təhlükəsizliyinin təmin edilməsi üçün Avro-Atlantik əlaqələrini gücləndirməkdə qərarlıdır.

Buxarestdə olarkən Austin Rumıniyanın müttəfiqlərə aid olan "öhdəliklərin yerinə yetirilməsində və müdafiə sahəsindəki modernizasiyaya görə əhəmiyyətli bir nümunə" olduğunu deyib.

ABŞ müdafiə naziri Lloyd Ostin və Rumıniyanın müdafiə naziri Николаi Чука
ABŞ müdafiə naziri Lloyd Ostin və Rumıniyanın müdafiə naziri Николаi Чука

Rumıniya ümumidaxili məhsulunun gəlirinin 2%-dən çoxunu müdafiə üçün xərcləyən, bu xərclərin 20% -ni modernləşməyə sərf edən azsaylı NATO ölkələrindən biridir.

Rusiya ilə ABŞ-ın başçılıq etdiyi ittifaq arasında gərginlik artıb. İttifaqın bu ayın əvvəlində Rusiyanın 8 diplomatını ölkədən çıxarmasına cavab olaraq Moskva bazar ertəsi NATO-dakı daimi missiyasını dayandırdığını bildirib.

Çərşənbə günü Ukraynada səfərdə olan Austin Kiyevdə danışarkən Rusiyanı Ukraynanın şərqində gedən müharibənin sülh yolu ilə həllində "maneə" adlandırıb.

Lloyd Ostin və Ukraynanın müdafiə naziri Andriy Taran
Lloyd Ostin və Ukraynanın müdafiə naziri Andriy Taran

"Bir daha Rusiyanı Krımın işğalına son qoymağa, Ukraynanın şərqindəki müharibəni dayandırmağa, Qara dənizdə və Ukrayna sərhədləri boyunca sabitliyi pozan fəaliyyətlərinə son qoymağa çağırırıq" - deyə, Austin bildirib.

Oktyabrın 18-də Gürcüstana səfər edən Austin Tiflisdə keçirilən mərasim zamanı Gürcüstanın müdafiə naziri Canşir Burçuladze Gürcüstanın Müdafiəsi və Anlaşmanın Gücləndirilməsinə dair Memorandum imzalayıb. Pentaqonun rəhbəri bunun "ikitərəfli təhlükəsizlik əməkdaşlığının yeni bir mərhələsi və ABŞ-ın Gürcüstanı dəstəkləmək öhdəliyinin nümayişi olduğunu” deyib.

XS
SM
MD
LG