Accessibility links

Otellərdə gizli kameralarla bağlı həbslər


Cənubi Koreyanın 10 şəhərində oteldə 1600 qonağı gizli kameralarla çəkərək internetdə müştərilərə pul müqabilində yayımladıqlarına görə bir neçə nəfər həbs edilib.

Cənubi Koreya polisinin bildirdiyinə görə, hadisə ilə əlaqədar dörd nəfər həbs edilib.

Kameralar 30 otelin 42 otağında televiziyalar, ştepsellər və fenlərə yerləşdirilib.

Video görüntülər 4 mindən çox internet istifadəçisinin 44 dollar 95 sent qarşılığında izləyə bilmələri üçün internet veb səhifəsində yayımlanıb.

Polis otellərin baş verənlərdən xəbərdar olmadıqlarını ehtimal edir.

XS
SM
MD
LG