Accessibility links

Ötən ay ABŞ-da satış artıb


Ötən ay ABŞ-da satış artıb
Ötən ay ABŞ-da satış artıb

Yeni statistika ABŞ iqtisadiyyatı barədə qarışıq mənzərə verir. Son rəqəmlərə görə ötən ay ölkədə satışın həcmi artıb, amma istehlakçı özünəinamı 31 ilin ən aşağı nöqtəsindədir.

Ticarət Nazirliyi ölkə iqtisadiyyatının barometri sayılan satış rəqəmlərinin iyul ayında artdığını xəbər verir. İstehlakçılar pulları əsasən maşın, mebel və benzinə xərcləyiblər. Artım iyun ayı ilə müqayisədə yarım faiz təşkil edir.

Lakin ikinci açıqlama göstərir ki, amerikalə istehlakçılar ölkədəki işsizlik, səhm birjalarının enişi və başqa iqtisadi qayğılardan narahatdırlar. Tomson Röyters və Miçiqan Universitetinin indeksinə əsasən, istehlakçı özünəinamı 1980-ci ildən bri ən aşağı nöqtəyə - 14 faizə düşüb.

XS
SM
MD
LG