Accessibility links

Ötən il ABŞ ordusunda 3200 zorlanma halı qeydə alınıb


Vaşinqtonda bu yaxınlarda hərbçilər orduda baş verən təcavüzlərdən söz açıb.

Cennifer Rivera Cənubi Koreyada hərbi xidmətdə olarkən zorlanıb. Daha sonra abort etməyə məcbur olan Cennifer bu cinayətdən söz açmağa qorxduğunu deyir.“Prosesdən dərhal sonra məni xidmətə qaytardılar. Qan içərisində işləməyə məcbur idim. Zorlama haqda bir kəlmə belə edə bilməzdim. ”

Elizabet Liman isə 11 həftəlik hamiləliyi vaxtı təcavüzə məruz qaldığını bildirir.

“Yatağım qan içərisində idi. Uşağı itirdiyimi düşündüm.”

Xoşbəxtlikdən uşağa bir şey olmamışdı. İndi Limanla Rivera digər zorlama qurbanları ilə bərabər məsələyə diqqətləri yönəltməyə çalışır.

Ötən il orduda 3200 zorlanma halı qeydə alınıb. Onların 86 faizinin şikayətsiz qaldığı təxmin edilir.

ABŞ-ın müdafiə naziri Leon Panetta yeni syasətə əl atdığını deyir.

“Biz bütün gücümüzü səfərbər edib, nazirlik çərçivəsində seksual təzyiqlərə bir dəfəlik son qoyacağıq. ”"

Nazir bütün şikayətlərin nəzərdən keçiriləcəyinə vəd verib. Panetta cinayətkarlara qarşı daha ciddi ölçülər götürüləcəyi və qurbanlara yardım mərkəzlərinin təsis ediləcəyini bildirib.

Ordu hərbi xidmətçilərin 14 faizini təşkil edən qadınlara qarşı təcavüs son il bir qədər artıb. Limanı zorlayan şəxs hərbi məhkəmədə günahsız elan edilib. Liman bunu rüsvayçılıq kimi qiymətləndirir.

Hərbi xidmətçiləri həbs etmək istəmirlər. Onlar belə bir ləkəni qəbul etmirlər.

ABŞ ordusu qadınlara qarşı təcavüslə bağılı açıqlama verməkdən imtina edir. Riveranın şikayəti hələ də cavabsız qalıb.

"Mən başqalarının mənim yolumu keçməsini istəmirəm. İllər keçdikcə bunun unudulacağını düşünürsən, lakin bu heç vaxt unudulmur.”

Cennifer bir neçə ilə əvvəl təcavüzə məruz qalan tutuquşunu xilas edib. O, İndi quşu ilə bərabər yenidən etimad etməyi öyrənir.

XS
SM
MD
LG