Accessibility links

Məşhurlar: Kəti Perri və başqaları


Məşhurlar: Kəti Perri və başqaları
Məşhurlar: Kəti Perri və başqaları

Müğənni Kəti Perri Castin Bieber üçün dəli divanədir. Pop ulduz etiraf edir ki, Bieber onun sevimlisidir. Lakin yenilikdə ailə həyatı quran müğənni həyat yoldaşı aktyor Rassel Brəndın Bieberi əvəz etdiyini bildirib. O belə deyir; “Mənə elə gəlir ki, pərəstiş etdiyim sevimli şəxs mənim həyat yoldaşımdır demək daha təhlükəsizdir.”

Heç vaxt demə ki, Simon Kauvel sənə heç nə verməyib! Səxavətli mətbuat moğulu əməkdaşları olan X Factorun münsiflər heyyətinin nümayəndələrinə azı beş min dollar dəyərində Botox təşəkkür hədiyyəsi edib. Aktrisa, müğənni, bəstəkar və model Dəniay Manoq və Şeril Kolun ondan nə qədər razı qaldıqlarını demək yersizdir.

Aktyor , müğənni produser, biznesmen, eyni zamanda qadınların sevimlisi Deyvid Hasilhaf iki sevgilisi olduğunu etiraf edib. Onlardan biri Amerikada, o biri isə Fransadadır. Deyvid bir qərara gələ bilmədiyindən iki sevgili saxlayır. O deyir ki, hər iki qadının biri birindən xəbərləri var və vəziyyətlə razılaşıblar. Lakin vaxtaşırı qısqanclıq nümayiş etdirirlər.

Eva Longoria. Nov 2010
Eva Longoria. Nov 2010

Aktrisa İva Mendes evlənməyə tələsmir. Sevgilisi Corc Auqustla səkkiz il yaşayan ulduz evlilik ideyasından təngə gəlib. O izah edir ki, onun içində, kiçik üsyançı hissiyyat ənənəvi həyat tərzinin əleyhinədir.

Müğənni, bəstəkar və model Leyton Meister yeniyetmələr üçün “Gossip Girl” adlı drama serialını qısa müddətdə tərk edəcəyini elan edəndən iki il sonra o nəhayət ki, seriala əlvida deyir. Meister kino filmlərdə iştirak etməyi səbirsizliklə gözləyir.

Hollivud Söz-söhbətləri

Kəti Perinin "Hot N Cold" klipi:

Castin Bieber-in Aşerla "Somebody To Love" Remiksi:

XS
SM
MD
LG