Karib Dəniz Quldurları filmindən yaxşı tanıdığımız Coni Dep mühakimə ediləcək!
TMZ-yə istinadən 52 yaşl əlil qadın Coni Depin cangüdənlərinin müğənni İggi Popun dekabr ayında keçirilən konsertində ona hücum edərək, təhqir etdiklərini deyir. Ceyn Du adlı bu qadın iddia edir ki, o, konsert zamanı öz VİP oturacağında əyləşmək istəyərkən cangüdənlər ona əl qaldırıb və onun şalvarını cıraraq əynindən çıxarıb.
Şikayətdə Conninin “təhlükəsizlik xidmətinin hazırkı və gələcək fəaliyyətlərinə şəxsən nəzarət etdiyi” deyilir. Conni Depi qeyri-müəyyən zərərə görə məhkəməyə verən qadın aktyorun adamlarının daha sonra qadının mobil telefonunu əlindən aldığını və qollarına qandal vurduğunu deyib. Hadisə ilə bağlı istintaq aparılır.
Pippa Midlton silahla bağlı qalmaqaldan sonra Paris polisi tərəfindən həbs edilməyəcək. Buna səbəb silahın saxta olmasıdır. New York Times yazır ki, Pippanın avtomobil sürücüsünün yanında əlində oyuncaq tapança ilə oturduğunu göstərən şəkillər kral ailəsinin şöhrətinə xələl gətirməyəcək. Bu şəkillər The Sun qəzetinin veb səhifəsində yerləşdirilmişdi. Pippa və fotomüxbirlər görünür silahın oyuncaq olduğundan xəbərdar idilər və ola bilsin ki, sürücü də paparazzilərlə zarafat edib.
Fransanın sərt qanunlarına görə silah həqiqi olduğu təqdirdə Kembric hersoginyasının bacısı yeddi ilə qədər azadlıqdan məhrum ola bilərdi. Lakin Pippa indi rahat nəfəs ala bilər. Belə ki, Fransa polisinə hadisə ilə əlaqədar heç bir şikayət daxil olmadığı üçün təhqiqat planlaşdırılmır. Pipinın silah tərəfdən də bəxti gətirib!
Mister və missis Smit.
Ancelina Coli və Bred Pit deyilənə görə yenidən bir yerdə filmə çəkiləcəkər. Bu dəfə cütlük “Məsləhətçi” adlı filmdə bərabər iştirak edəcək. Hollivud filmlərinə həsr olunmuş Deadline.com səhifəsinə istinadən Hollivudun məşhur cütü qarşıdan gələn filmə çəkilişlər haqda danışıqlar aparır. Film narkotika alverinə cəlb olmuş vəkil haqdadır.
Deyilənə görə daim baş rolarda çəkilən Ancelina Coli bu dəfə filmdə kiçik bir rol ifa edəcək. Filmin çəkilişlərinə bir neçə aydan sonra Avropada başlanacaq. Ümüd edirik ki, söz-söhbət həqiqətə əsaslanır. Böyük ekranda Bredlə Colini yenidən bərabər görmək maraqlı olardı.