Accessibility links

Şoubiz Xəbərləri (video)


Elmi-fantastika janrında çəkilmiş “Səsimin Sədası” adlı yeni film gələcəkdən gəldiyini iddia edən yeni dini hərəkatın lideri haqdadır.

Los-Ancelesdə bir evin zirzəmisində yaşayan Meqi müəmmali bir şəxsdir. O, zaman hüdudlarında səyahət edə bildiyini iddia edərək insanları gələcəkdə baş vərəcək hadisələrə hazırlamaq üçün 30 il geriyə döndüyünü deyir. Hər bir dini lider kimi onun da davamçıları var. Onlar Meqinin dünyanın dağılması, müharibələr, aclıq və yoxsulluq haqda moizələrini dinləyir.

Lakin bu isanların hamısı onun həqiqi davamçısı deyil. Pyotr və Lorna Meqinin yalanlarını ifşa etmək üçün onun qrupuna üzv olur.

Amma işlər planlaşdırıldığı kimi getmir. Pyotrun Meqiyə etimad etmədiyinə baxmayaraq, Meqi onu da ələ ala bilir. Filmin rejissoru, prodüseru və ssenari müəllifi Zal Batmanqlijdir. O deyir ki, iqtisadi böhran dövründə kino istehsalı sahəsinə yenicə gəlmiş bir rejissorun film çəkə bilməsi olduqca çətindir.

Zal Batmanqlij: “Bilirsiniz, tanınmamış rejissorun çəkəcəyi və kifayət qədər təcrübəsi olmayan aktrisanın iştirak edəcəyi filmi maliyyələşdirmək üçün bir adam tapmaq çox çətindir. Ona görə biz özümüz ağıllı bir plan tərtib etməliydik. Filmi tək linzalı kamera ilə çəkməyə qərar verdik. Bundan başqa, pulsuz çəkilişə gəlməyə razı olan çox insan tapıldı.”

Brit Marlinq Meqi rolunu ifa edir və ssenari müəlliflərindən biridir.

Ötən il çəkildiyi “Başqa Dünya” adlı ilk filmi onu, dərin intuisiyaya malik, ağıllı aktrisa və yazıçı kimi tanıtdı.

Brit Marlinq: “Bir aktrisa kimi iş o zaman maraqlı olur ki, bütün həyatını öz nöqteyi-nəzərini sübut etməyə sərf etmirsən.”

Brit dörd il ərzində dörd filmdə çəkilib. O, filmlərin üçünün ssenarisinin yazılmasında da iştirak edib.

Birt Marlinq: “Biz bu filmləri yazmağa başladıqda düşünməzdim ki, onlar dünyada belə populyar olacaq.”

“Səsimin Sədasi” filmində Brit Marlinqin yaratdığı Meqi obrazı tamaşaçıya onu özünün istədiyi kimi görməyə imkan verir. Meqi kövrək, lakin eyni zamanda güclü bir insandır. O, bəzən qəddar olur, bəzən isə müqəddəs bir insana çevrilir. Filmin ssenarisinə gəldikdə o, qeyri-müəyyən sonluqla bitir. Tamaşaçı isə mümkün ehtimallarla baş-başa qalır.

XS
SM
MD
LG