Accessibility links

Vladimir Putin Nikolas Maduro ilə görüşüb


Rusiya prezidenti Vladimir Putin Moskvada venesuelalı həmkarı Nikolas Maduro ilə görüşüb. Rusiya Maduronun azsaylı müttəfiqlərindəndir. ABŞ və dünyanın 50-dək ölkəsi onu qanuni lider kimi tanımır.

Venesuelanın ağır iqtisadi və siyasi böhran içində olmasına baxmayaraq, Moskva Maduroya səxavətlə kredit ayırıb.

Nə Putin, nə də Maduro hansısa maliyyə yarıdımı haqda danışıb. Ancaq Putin deyib ki, Rusiya indiyədək Venesuelaya 4 milyard dollar sərmayə qoyub.

Putin Maduroya deyib ki, Rusiya bu ölkədə siyasi böhrandan çıxış yolu tapmaq üçün hökumətlə müxalifətin dialoqunu dəstəkləyir.

Rusiyanın Interfax agentliyinin yaydığı xəbərə görə, Rusiya bu il Venesuelaya 600 min buğda göndərməyi planlaşdrır.

Bu səfərdən bir gün öncə ABŞ Prezidenti Donald Tramp BMT-dəki çıxışında Maduronu pisləyib.

Venesuela müxalifəti bu ayın əvvəlində bildirib ki, Norveçin vasitəçilik etdiyi dialoq başa çatıb. Bundan altı həftə öncə isə Maduro hökuməti ABŞ-ın Karakasa sanksiyaları sərtləşdirməsinə etiraz olaraq danışıqlarda iştirakını dayandırmışdı.

XS
SM
MD
LG