Accessibility links

Azərbaycanda Qətər ovçusu saxlanılıb


Ağgöl Milli Parkında (Bakıdan 250 kilometr cənub-qərb) ov etməyə cəhd edən Qətər vətəndaşı saxlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, hadisə martın 13-də baş verib.

Qətər vətəndaşı Saif Mübarək Əl-Hajrinin avtomobilinə keçirilən baxış zamanı avtomobildə qızılquş tutmaq üçün tor, ev göyərçini, quşların yerini müəyyən etmək məqsədilə xüsusi cihazlar aşkar edilib.

Faktla bağlı qanun pozucusu barəsində akt və protokol tərtib olunub və ona inzibati qaydada 2000 manat məbləğində cərimə tətbiq edilib.

Nazirlik ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlərin davam etdirildiyini qeyd edir.

XS
SM
MD
LG