İrqlərarası övladlıq - Kimlik problemi
Amerikalılar hər il ölkə daxili və xaricdən on minlərlə uşağı övladlığa götürür. Yeni övlad dəyişikliklər tələb edir. Əgər uşaq başqa bir irqdəndirsə, bu, prosesi daha da mürəkkəbləşdirir. Milli Övladlıq Ayı olan noyabrda çox vaxt ağlar tərəfindən övladlığa götürülən qaradərili uşaqlar diqqətləri cəlb edir. Çad Goller-Socurner qara dərisinə görə narahat həyat keçirib. Baxmayaraq ki, onun ağdərili ailəsi heç bir dəstəyi ondan əsirgəməyib. Vaşinqton ştatının liman şəhəri və əsasən ağların yaşadığı Takomada o, özünü təcrid olunmuş hiss edirdi. Lakin o bu hissiyatından sağlam irqlərarası kimliyini saxlamaq üçün istifadə edib.
Episodes
-
Mart 14, 2025Ukraynada azərbaycanlı könüllülərin mübarizəyə dəstəyi
-
Mart 14, 2025Mukaçevodakı könüllülərin fədakarlığı
-
Mart 14, 2025Gürcüstanda məskunlaşan ukraynalı musiqiçi