Accessibility links

Oxford AstraZeneca vaksininin koronavirusa yoluxma sürətini azaltdığını deyilir


Oxford Universitetinin çərşənbə günü açıqladığı araşdırmanın nəticələrinə əsasən, universitetin AstraZeneca şirkəti ilə birlikdə inkişaf etdirdiyi vaksin yoluxmaları üçdə iki dəfə azaldır.

Araşdırma həmkar rəyi almayıb, lakin Britaniyanın Səhiyyə Naziri Matt Hankok BBC-yə bildirib ki, bu nəticələr “yaxşı xəbərdir.”

“Bu, dünyaya Oxford-un vaksinin işlədiyini, yaxşı işlədiyini göstərir,” Hankok deyib.

Vaksin son günlərdə Avropa ölkələrinin tənqidləri ilə üzləşib. Belə ki, rəsmilər vaksinin yaşlı insanlar üzərində effektivliyinə dair kifayət qədər məlumatın olmamasına görə narahatlıqlarını ifadə ediblər.

Fransanın sağlamlıq üzrə məsləhət qurumu vaksinin yalnız 65 yaşından aşağı insanlar üçün istifadə edilməsini tövsiyyə edir.

Belçikada hökumət bu vaksinin yalnız 55 yaşından aşağı insanlara vurulacağını bildirib.

“Bizdə əminliklə onun yaşlılar üçün yaxşı olduğunu söyləyəcək qədər yetərli məlumat yoxdur,” Belçikanın Səhiyyə Naziri Frank Vandenbruk deyib.

Oxford vaksinin sınaqlarına rəhbərlik edən Endrü Pollard BBC-yə çərşənbə günü deyib ki, vaksinin dəqiq effektivliyi ilə bağlı məlumatın olmamasına baxmayaraq yaşlı insanlarda müsbət immun reaksiyalara səbəb olur.

“Yaşlı insanlarda gənclərə bənzər müsbət immun cavablar alırıq, şahid olduğumuz qoruyucu reaksiyalar eyni istiqamətdə və eyni əhəmiyyətdədir,” Pollard deyib.

Yeni Zelandiya

Yeni Zelandiyada tənzimləyicilər çərşənbə günü Pfizer və BioNtech-in istehsal etdiyi vaksinin müvəqqəti istifadəsinə icazə veriblər. İlk vaksinasiyaların 2021-ci ilin ilk rübünün sonunadək başlayacağı gözlənilir və ilk prioritet sərhəd işçilərinə veriləcək.

Asiya

Çərşənbə günü Pakistanda da vaksinasiya kampaniyası başladılıb. Pakistan Çinin Sinopharm şirkətinin vaksinindən istifadə edir.

Orada da bir çox ölkədə olduğu kimi vaksinlər ilk səhiyyə işçilərinə vurulacaq. Pakistanın planlama və inkişaf naziri İslamabadda keçirilən mərasimdə bildirib ki, səhiyyə işçiləri “real qəhrəmanlar”dırlar, çünki onlar COVID-19-a yoluxanlara yardım etmək üçün öz sağlamlıqlarını riskə atırlar.

Pakistan 500 000 doza vaksin alıb və ilin sonunadək yüksək risk kateqoriyasındakı insanların 70 faizinə vaksin vurmağı planlaşdırır.

Cənubi Koreyada rəsmilər gələn həftə Ay təqviminə görə yeni il bayramı zamanı səyahəti və yığıncaqları məhudlaşdırırlar və insanları artan koronavirus hallarına qarşı mübarizə aparmaq üçün evdə qalmağa çağırırlar.

Səhiyyə rəsmiləri həmçinin çərşənbə günü deyib ki, onlar ölkədə ilk dəfə olaraq Britaniya və Cənubi Afrikada üzə çıxan virusun yeni variantlarını aşkar ediblər.

Şərhlərə bax

XS
SM
MD
LG