Accessibility links

Oxot dənizində qəzaya uğrayan Rusiya gəmisində 7 azərbaycanlı olub


Gəmi
Gəmi

Oxot dənizində qəzaya uğrayan "Uzaq Şərq" balıqçı gəmisində 7 azərbaycanlı olub. Onların hamsısı Rusiya vətəndaşlarıdır. Bu barədə Rusiyanın Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələırinin aradan qaldırılması məsələləri üzrə Nazirliyinin məlumatında deyilir.

Nazirliyin rəsmi saytında dərc etdiyi siyahıya görə, gəmidə olan azərbaycanlıların hamısı ekipaj üzvləridir: Səfərov Məhəmməd Səfər oğlu, Talıbov Mailağa Ulduz oğlu, Məhərrəmov Muradəli Qurban oğlu, Əliyev Elman Sərdan oğlu, Səkərov Fazil Hilal oğlu, Əliyev Yaşar Sərdan oğlu, Sadıqov İmadəddin Hidayət oğlu.

Son məlumata görə, balıqçı gəmisinin göyərtəsində olan 132 ekipaj üzvündən 117 nəfəri sudan çıxarılıb. Onlardan 54 nəfəri ölüb. Həyatı xilas edilən 63 ekipaj üzvünün 7-si ağır vəziyyətdədir.

Xilas edilənlərin əksəriyyətini don vurub.

Azərbaycanlıların xilas edilənlərin, ölənlərin və ya itkin düşənlərin arasında olduğu barədə məlumat verilmir.

Hazırda xilasetmə işləri davam etdirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG