Accessibility links

London Yay Olimpiya Oyunları start götürdü


Bir milyard adamın televizorda izlədiyi təmtəraqlı açılışın ardınca London Yay Olimpiya yarışları start götürüb.

Oyunların ilk medalisti çinli Yi Silinq olub. O, 10 metrlik hava tüfəngi yarışında qalib çıxıb.
Bu gün velosiped və üzgüçülük yarışları da daxil olmaqla 10-dan çox kateqoriyada medallar veriləcək. Amerikalılar Maykl Felps və Ryan Lokti hovuzda qızıl medal uğrunda üz-üzə gələcəklər.

Britaniya kraliçası Elizabet cümə günü oyunları açıq elan etdi. Bu hadisə 86 yaşlı monarxın oxşarının Britaniyanın məşhur casus obrazı Ceyms Bondu ifa edən aktyorla birgə paraşütlə stadiona enməsindən bir neçə saat sonra baş verdi.

Açılış mərsimində stadion üzərindən təyyarələr uçdu. Atəşfəşanlıq və rəqslər müasir oyunların başlanğıc tarixi olan 1896-cı ildən bəri Britaniya tarixini təsvir etdi.
XS
SM
MD
LG