Accessibility links

Oz parkı


Oz parkı
please wait
Embed

No media source currently available

0:00 0:05:25 0:00

1911-1915-ci illərdə Oreqonun qubernatoru olmuş Ozvald Vestin Oreqon sahillərinə verdiyi töfhə çox böyük olub. Elə səfərin 5-ci günü sabahlamaq üçün seçdiyimiz yer də məhz Ozvald Vestin sahilyanı çimərlik ərazilər üçün etdiklərini unutmayan oreqonluların eyni adla adlandırdığı Ozvald parkı oldu. Park kiçik çaydan, çayın üstünə düşən sarmaşıq dolu ağacların asma körpü kimi yaratdığı cəngəl meşələrdən və okeana yaxınlaşdıqca yerini qumluq və ideal dalğalara sahib çimərliyə verən ecazkar bir təbiət gözəlliyindən ibarətdir. Sörfə maraq salmış uşaqlardan hippilərə, fotoaparatla gəlmiş yaşlı cütlüklərdən anı yaşayan itlərə qədər hər kəs üçün bu mənzərədən zövq almamaq mümkün deyil.

XS
SM
MD
LG