Accessibility links

İranda birinci beynəlxalq Türk Ozan Festivali keçiriləcək


İSKANews xəbər agentliyinin məlumatına görə İranda Türk ozan ve aşıq musiqisi festivali keçiriləcək. Xəbərdə bildirilir ki, festival qərargahı Tehranda yerləşən Niyavaran Fondunun təşəbbüsü ilə reallaşacaq.

Niyavəran fondunun təmsilçisi Damon Şişbluki İSKANews-a verdiyi müsahibədə bu festivalin beynəlxalq miqyasda keçiriləcəyini ve İran azərbaycanlı ozanlarla yanaşı, Azərbaycan Cumhuriyəti, Türkiyə, Türkmənistan və Özbəkistan kimi ölkələrdən də ozan və aşıqların iştirak edəcəyini bildirib.

Şişblukinin sözlərinə görə, festivala hazırlıqlar artıq başlayıb və Ərzurum Atatürk Üniversitetinin müəllimi, professor Dr. Əli Kafkasyalıdan lazim olan məsləhətlər alınıb.

Festivalıın oktyabr ayında keçirilməsi planlaşdırılır. Türkdilli ölkələrin bir sıra musiqiçiləri, ozan və aşıqları festivalda iştirak edəcəklərini bildiriblər.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ dövlət katibi Antony Blinken Ukraynaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG