Accessibility links

Özbək qaçqınları sərhəd boyu cəmləşiblər


Cox sayda özbək didərgin zorakılıqların bərpa olunmasından ehtiyat etdiklərini və evlərinə qayıdacaqlarına hələ də əmin olmadiqlarını bildirirlər

Qırğızıstan qüvvələri yandırılmış Oş şəhərində barrikadaları yığışdırıb. Bununla bərabər 2000 nəfərin ölümü ilə nəticələnən etnik zorakılıqların ardınca hökumət fövqəladə vəziyyəti bütün cənub bölgəsinə şamil edib. Cox sayda özbək didərgini, zorakılıqların bərpa olunmasından ehtiyat etdiklərini və evlərinə qayıdacaqlarına hələ də əmin olmadiqlarını bildiriblər. 400,000-ə yaxın etnik özbək, Oş və Cəlalabad şəhərlərində etnik qırğızlarla iyunun 10-dan başlamış toqquşmadan sonra Özbəkistan tərəfə keçmiş və ya sərhəd boyu cəmləşmişlər. Müvəqqəti hökumət devrilmiş prezident Kurmanbek Bakiyevi və onun tərəfdarlarını baş vermiş zorakılıqlarda günahlandırıb. Cənab Bakiyev isə ittihamları rədd edir.

XS
SM
MD
LG