Accessibility links

Pərviz Əzimov: Azərbaycanda elektron ticarət mütəxəssislərinin sayı çox azdır


Pərviz Əzimov
Pərviz Əzimov

Marketoloq Pərviz Əzimov Amerikanın Səsinə müsahibəsində online ticarət sahəsindəki problemlərdən danışıb.

Amerikanın Səsi: COVİD-19 pandemiyası ilə əlaqədar bütün dünyada olduğu kimi Azərbaycanda da elektron ticarət, online ödənişlərə tələbat artdı. Məhz belə olan təqdirdə Azərbaycanın ticarət, xidmət şəbəkələri, bankları əhaliyə keyfiyyətli xidmət göstərə bilirmi?

Xxidmət səviyyəsi istədiyimiz qədər yüksəlməyib.

Pərviz Əzimov: Elektron ticarətin artımı ilə bağlı Azərbaycanda neçə ildir müzakirələr gedirdi ki, necə edək inkişaf etdirək, necə edək burada daha yaxşı xidmət göstərək. Amma bu çox ləng gedirdi. Pandemiya məcbur elədi ki, şirkətlər buna getsin. Məcburiyyət olduğu üçün sürətli keçid oldu. Çünki avtomatik olaraq mağazalar bağlandı. Onlar satışsız qala bilməzdi. Ondan sürətli keçid oldu. Burada çoxlu çatışmamazlıqlar meydana çıxdı ki, bir çox şirkətlər hazırlıqlı deyildi. Bəzi şirkətlərin artıq heç olmasa bünövrəsi var idi, bəzilərinin isə heç binövrəsi belə yox idi. Belə olan halda, təbii ki, ilkin 3-4 ay ərzində problemlər dəhşət çox oldu. Çünki həm təcrübə yox idi, həm Azərbaycanda bu sahədə ixtisaslaşan mütəxəssislər çox az idi. Getdikcə problemlər azalmağa başladı. Burada əsas, birinci problem bundan ibarət idi ki, Azərbaycanda bankların ödəmə sistemləri çox təkmilləşməmişdi. Dünyada bulud deyilən bir sistem var. Bu nə deməkdir. Məsələn, biz AliExpress-dən və ya Amazondan məhsul alırıqsa burada məhsulu satan tərəf var, alan tərəf var və bir də vasitəçi tərəf var. Bu halda Amazon pulu bizdən alırdı və satıcıya vermirdi. On dörd gün bankın hesabında qalırdı. Çünki istehlakçının bu məhsulu təhvilalma müddəti var. Azərbaycanda bu sistem tam olaraq hazır deyil. Bir çox banklar artıq bunu hazırlamağa başlayıblar. Yəni məhsulu alan kimi pul satıcının hesabına keçir. Əslində keçməməlidir. İkinci məsələ bundan ibarətdir ki, Azərbaycanda kuryer sistemində çox ciddi problem var. Azərbaycanda hələ də bu problem davam edir. Yetərli qədər kuryer şəbəkəsi yoxdur. Yəni bir kuryer şəbəkəsi gəlib desin ki, mənim 100 dənə kuryerim var və mən Azərbaycanın istənilən yerinə məhsul çatdıra bilirəm. Ona görə də xidmət səviyyəsi istədiyimiz qədər yüksəlməyib.

Pərviz Əzimov: Azərbaycanda hələ də elektron ticarətlə bağlı istehlakçı hüquqlarını qoruyan qanun yoxdur
please wait

No media source currently available

0:00 0:07:29 0:00

Amerikanın Səsi: Elektron ticarətin genişləndirilməsi üçün hansı maneələr var?

Azərbaycanda hələ də elektron ticarətlə bağlı istehlakçı hüquqlarını qoruyan qanun yoxdur.

Pərviz Əzimov: Məsələn, mən hər zaman deyirəm ki, ən böyük maneə çatdırılma şəbəkəsinin olmamasıdır. Bu həm yerli poçt sisteminin, dövlətin poçt sisteminin bu formada ixtisaslaşmaması, burada həm də özəl kuryer şirkətlərinin inkişaf etməməsidir. İkinci məsələ ondan ibarətdir ki, Azərbaycanda hələ də elektron ticarətlə bağlı istehlakçı hüquqlarını qoruyan qanun yoxdur. Yəni sırf elektron ticarətə aid xüsusi qeydlər yoxdur. Üçüncü məsələ ondan ibarətdir ki, Azərbaycan elektron ticarət mütəxəssisləri çox azdır. Bunlar olsa elektron ticarət daha çox inkişaf edər, daha sürətli olar.

Amerikanın Səsi: Eyni zamanda elektron ticarət məhsulun keyfiyyətinə zəmanət problemini ortaya çıxarır, çünki alıcı məhsulu öncədən görmür. İstehlakçıların hüquqlarını və mənafelərini necə qorumaq olar?

İstehlakçıların hüquqları müdafiəsi haqqında qanuna elektron ticarətlə bağlı müddəalar əlavə olunmalıdır.

Pərviz Əzimov: Artıq dünya bu prosesi keçib. Əgər insanlar Çindən, Amazondan,Türkiyədən məhsul sifariş edib alırlarsa, artıq, bu proses keçmək üzrədir. Belə bir problem yoxdur ki, məhsulu görmədən ala bilmərəm. Məsələn, Əhmədlidə oturub Bakının hər hansı bir nöqtəsinə online sifariş etmək daha rahatdır, nəinki Türkiyədən. Çünki ən azı bunu gedib qapısında qaytara bilərik. Ona görə də bu proses artıq keçib. Bu prosesə daha da insanların güvənini artırmaq üçün bayaq qeyd etdiyim istehlakçıların hüquqları müdafiəsi haqqında qanuna elektron ticarətlə bağlı müddəalar əlavə olunmalıdır. Hazırkı qanuna görə müştəri məhsulu qaytara bilər ki, keyfiyyətindən narazıdır. Amma bunun görünüşündən narazıdırsa məhsulu qaytarmaq imkanı varmı, yoxmu, bu, elektron ticarətdə vacib şərtlərdəndir. Bu baxımdan qanuna əlavələr mütləq şəkildə olmalıdır. Amma ikinci məsələ budur ki, yalnız Bakı, Sumqayıt və Xırdalan şəhərləri üzərində elektron ticarət artıb. Bölgələrdə problem hələ də qalır. Bölgə insanı bununla bağlı yeni çıxışlar əldə edilməlidir. Onlara da məhsul çatdırılmalıdır. Onlar da bir neçə dəfə alışdan sonra məhsulu görmədən almaq problemini yaşamayacaq.

Amerikanın Səsi: Azərbaycanda elektron ticarətin inkişafı üçün hansı stimullaşdırıcı addımlar atmaq olar?

Azərbaycanda hələ də insanların böyük əksəriyyətinin klassik bank kartı yoxdur.

Pərviz Əzimov: Stimullaşdırıcı addımlar atmaq üçün, yəni söhbət əgər dövlətin atacağı addımlardan gedirsə, ümumiyyətlə mən liberal iqtisadiyyatın tərəfdarı olduğum üçün dövlətin sadəcə buradan maksimum uzaq durmasını istərdim. Burada dövlətin edə biləcəyi ölkədəki poçt sistemini təkmilləşdirməsidir. İnsanlar istəsə Lerikin ucqar bir kəndinə belə məhsulu çox rahat şəkildə çatdırılma etsin. İkinci məsələ bundan ibarətdir ki, bankların edə biləcəyi iş budur ki, mobil bankçılıq, internet bankçılıq daha da inkişaf etdirilsin. Azərbaycanda hələ də insanların böyük əksəriyyətinin klassik kartı belə yoxdur. Bu tərəf inkişaf etdikcə, bu da paralel olaraq inkişaf edəcək. Növbəti məsələ budur ki, Azərbaycan kimi ölkələrdə vençur (Vençur maliyyələşməsi - innovasiya kompaniyasının inkişafı və genişlənməsindən gəlir əldə etmək üçün yüksək riskli investisiya vəsaitidir) fondlar dəvət olunmalıdır. Burada dövlətin edəcəyi növbəti məsələlərdən biri budur ki, xarici vençur fondlarla əməkdaşlıq eləsin. Çünki bu, elektron ticarətlərin böyük hissəsi startup (miqyaslana biləcək bir biznes modeli öncə axtarmaq, daha sonra inkişaf etdirmək və təsdiqləmək üçün yaranan şirkət və ya bir layihədir) şəklində başlayır işə. Bu ənənəvi biznesdən fərqli olaraq burada startup məntiqi daha çox işləyir. Fondların ölkəyə dəvət olunması, və yaxud yerli İKT (İnformasiya-kommunikasiya texnologiyaları ) dəstək fondu varsa bunun şəffaflığının təmin olunması, daha yaxşı lahiyələrə yatırım etmək, bir də ki burda çox vacib məsələ ondan ibarətdir ki, bir çox beynəlxalq fondlar Azərbaycanla işləmirlər. Bunun çoxlu səbəbləri var. Ölkə kiçik ölkə ola bilər, buradakı lahiyələr globala xitab etmir və s. kimi lahiyələr ola bilər. Burada dövlətin və yaxud İqtisadiyyat Nazirliyinin dəstəyi bundan ibarət ola bilər ki, bu kimi fondlarla əməkdaşlıq qursun. Fonda startup məntiqini işlədiyi üçün elektron ticarətdə olan vergi məsələlərində müəyyən güzəştlər olsa, məsələn, starup kimi işə başlayırsa 5 il müddətinə əlavə dəyər vergisindən azad olur. Elektron ticarət sahəsində çalışan insanların əmək məcəlləsinə görə əmək vergisindən müəyyən güzəştlər ola bilər. Bu kimi güzəştlər olsa insanlar, sahibkarlar daha çox maraq göstərər. Daha çox investisiya edilə bilər.

XS
SM
MD
LG