Accessibility links

Pərviz Yari: İran rəsmiləri azərbaycanlılar yaşayan bölgələrdə ətraf-mühit problemlərinə laqeyddir


Pərviz Yari

İranın Şərqi Azərbaycan vilayətinin Vərziqan rayonunda, eyni zamanda Qaradağ meşələrində yerləşən Əndəriyan kəndinin qızıl mədəninin fəaliyyəti yerli əhalinin və ətraf-mühit fəallarının tənqidləri ilə üzləşib.

Amerikanın Səsi ilə söhbətdə jurnalist Pərviz Yari Əndəriyan kəndində yerləşən qızıl mədəninin fəaliyyətlərinin ətraf mühitə verdiyi zərərlər haqda araşdırmalarının nəticələrini paylaşıb.

Pərviz Yari: İran rəsmiləri güneydə ətraf mühitlə bağlı problemlərə laqeyddir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Yari İran Azərbaycanının müxtəlif bölgələrində ətraf-mühit problemlərinin bir neçə nümunə ilə məhdudlaşmadığını və regionun bir çox bölgəsində ətraf mühit kirliliyi və ətraf mühitinin zərər görməsi ilə qarşı-qarşıya olduğunu vurğulayıb.

Pərviz Yarinin dediklərinə görə, sahibi gürcüstanlı rus olan investor şirkətinə verilmiş bu qızıl mədənində 30 milyon ton qızıl mineralı mövcuddur.

"Bəzi media və mətbuatda verilən məlumata görə, bu mədəndə 25 milyon dollarlıq investisiyadan söz edilir. Amma o bölgədə yaşayan əhalinin dediyinə görə, bu mədən Əndəriyan kəndi və Vərziqan rayonunun iqtisadi durumunu nəinki, yaxşılaşdırmayıb, mənim müsahibə etdiyim bir Əndəriyan əhalisi Vərziqan bölgəsini həmin qızıl mədəninin girovu və məhbusu kimi dəyərləndirib," jurnalist qeyd edib.

Pərviz Yari yerli kənd əhalisindən sitat gətirərək deyib ki, "bu mədən işə başladığı zaman əhaliyə sizin gənclərinizi işə alacağıq, məktəb, yol və xəstəxana inşa edəcəyik kimi vədlər verilirdi. Ancaq daha sonra bu vədləri yerinə yetirməyi unudublar".

"Mədəndən qızıl istehsal etmək üçün istifadə olunan sianid maddəsi Vərziqan bölgəsini bir insani və ətraf-mühit faciəsi ilə qarşı-qarşıya gətirib. Əndəriyan mədənində istifadə olunan siyanid kəndin yerüstü və yeraltı sularının çirklənməsinə səbəb olub. Bu kəndin yaxınlığında olan digər kəndlərin heyvanları bu siyanid maddəsindən dolayı ölməyə başlayıblar beləcə Əndəriyan əhalisinin bağları quruyub."

Son zamanlar mədəndə partlayışlarla bağlı videolar sosial mediada İran Azərbaycanında xalqın reaksiyasına səbəb olmuşdur. Həmin sosial media səhifələrində dərc olan məlumatda son həftələrdə partlayışların çoxalmasının səbəbinin bölgədə aşkar edilən yeni qızıl yataqlarının səbəb olduğu bildirilir. Yeni aşkar edilən yataqlardan sürətli şəkildə qızıl mineralı istehsal etmək üçün şiddətli və ardıcıl partlayış əməliyyatları aparıldığı deyilir. Pərviz Yari bu partlayışların ətraf mühitə verdiyi zərərləri diqqətə alınmadığını deyib.

Pərviz Yari Şərqi Azərbaycan Ətraf Mühit İdarəsində çalışan bir mütəxəssisdən sitat gətirərək deyib ki, 2011-ci ildə bir rus investorunun bu mədənin 70 faizini aldığından sonra 3 il əvvəl Şərqi Azərbaycan vilayətinin Ətraf Mühit İdarəsinin həmin mədənin fəaliyyət etməsinə üç dəfə etirazını bildirməsinə baxmayaraq, fəaliyyətə davam etməsinin səbəbinin İran və Rusiya əlaqələrinin olduğunu deyib.

XS
SM
MD
LG