Accessibility links

Paşinyanın Qarabağ haqda bəyanatı Azərbaycanda sərt qarşılandı


Ermənistan lideri Nikol Paşinyanın Dağlıq Qarabağın münaqişəsinin nizamlanmasında müstəqil tərəf kimi tanınması barədə çağırışı Azərbaycanın sərt təpkisi ilə qarşılanıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bəyanatında bildirib ki, Ermənistanda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın danışıqlar prosesinə Dağlıq Qarabağın cəlb edilməsi ilə bağlı fikirləri “münaqişənin onsuz da zəif olan həlli prosesinə xələl gətirir və Ermənistanın Azərbaycana qarşı gücdən istifadə etməsi nəticəsində yaranmış `fait accompli` vəziyyətini möhkəmləndirmək niyyətini nümayiş etdirir”.

Əgər Paşinyan münaqişənin həllində maraqlı olsaydı, o, ATƏT-in Minsk Qrupunun rəhbərliyi altında aparılan danışıqlar formatına əngəllər yaratmazdı.
Leyla Abdullayeva, Azərbaycan XİN sözçüsü

"Əgər Paşinyan münaqişənin həllində maraqlı olsaydı, o, ATƏT-in Minsk Qrupunun rəhbərliyi altında aparılan danışıqlar formatına əngəllər yaratmazdı. Bu danışıqlarda isə birbaşa iştirakçılar ATƏT 1992-ci il Helsinki Nazirlər Şurasının qərarı ilə açıq şəkildə müəyyən edildiyi kimi Ermənistan və Azərbaycandır," o qeyd edib.

Ermənistanda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan seçki kampaniyası əsnasında deyib ki, hazırda ən mühüm olanı danışıqlar prosesində Qarabağın statusunun müəyyən edilməsidir.

“Biz Qarabağın danışıq prosesinin tamhüquqlu tərəfi kimi danışıqlar masasının arxasına qaytarılmasında ardıcıl olacağıq. Qarabağın statusu dəqiqləşdirilmədən Qarabağ məsələsinin tənzimlənməsi ola bilməz. Biz deyirik ki, Qarabağ məsələsində bizim xalqımızla hökumətimizin istək və niyyətləri arasında bir millimetr də olsun fərq yoxdur,” AzadlıqRadiosunun Erməni xidmətinin məlumatında deyilir.

2016-cı ilin aprelində Dağlıq Qarabağda qızğın döyüşlər hər iki tərəfdən onlarla hərbçinin ölümü ilə nəticələnmişdi.
2016-cı ilin aprelində Dağlıq Qarabağda qızğın döyüşlər hər iki tərəfdən onlarla hərbçinin ölümü ilə nəticələnmişdi.

ATƏT-in Minsk Qrupunun həmsədləri okyabrın 29-dan noyabrın 2-dək Azərbaycan və Ermənistana səfər edib.

Qarabağın statusu dəqiqləşdirilmədən Qarabağ məsələsinin tənzimlənməsi ola bilməz.
Nikol Paşinyan

Səfərdən sonra həmsədrlərin yaydığı birgə bəyanatda deyilir ki, səfərin əsas məqsədi kimi MDB-nin Düşənbədə keçirilən zirvə görüşü çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasındakı danışıqların nəticələrini müzakirə etmək, sülh prosesində bundan sonra atılacaq addımları müəyyənləşdirmək olub.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu ilin dekabrında Milanda keçiriləcək ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində görüşəcəyi gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış - 27 iyul 2021
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 23 İyul 2021
please wait

No media source currently available

0:00 0:29:57 0:00
XS
SM
MD
LG